Məhkəmə qərarları › İş №8(032)-41/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-41/2024

02.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-41/2024 02.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, X1 iştirakı ilə, X5 Şirvan şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(032)-222/2014 saylı qərardadı ilə ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsinə dair ərizəsinə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər məhkəməsinin 03 sentyabr 2013-cü il tarixli, 2(032)-554/2013 saylı qətnaməsi ilə cavadeh X4 24.000 manat məbləğində pul alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(032)-222/2014 saylı qərardadı ilə Şirvan şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-554/2013 saylı icra sənədinə əsasən Şirvan şəhəri İ.Qayıbov küçəsi ev 45-də yaşayan borclu X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. X2 şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(032)-222/2014 saylı qərardadı ilə ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X8 ona qarşı pul tələbinə dair Şirvan şəhər məhkəməsində iddia qaldırmışdır. Şirvan şəhər məhkəməsinin qətnaməsinə əsasən ondan 24000 (iyirmi dörd) min manat alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. O, qətnaməni icra etmədiyi üçün barəsində Şirvan şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O cəzasını çəkib qurtarmış, lakin digər dövlətə getmək istəsə də, gedə bilməmişdir. Ona görə ki, onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. O, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gedərək məhdudiyyətin götürülməsinə köməklik göstərilməsini bildirsə də lakin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən icra sənədinin icra olunmadan geri qaytarılmasını və məhkəməyə müraciət etmələrini bildiriblər. İşləmək üçün həmin məhdudiyyətin götürülməsini buna tələbkar X8 da razıdır, ona görə də barəsində olan məhdudiyyətin götrülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsi üzrə işin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi və tələbkar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki prosesusal qanunvericiliyin analogiya üzrə tətbiqinin mümkünlüyünü nəzərə almaqla sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə verilmiş ərizəsinin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, ərizə iddia ərizəsinin geri qaytarılmasını müəyyən edən normanın tətbiq edilməsi ilə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, ərizə vermiş şəxs ərizənin geri qaytarılması barədə ərizə verdiyindən ərizə baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Şirvan şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(032)-222/2014 saylı qərardadı ilə ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar