Məhkəmə qərarları › İş №8(032)-44/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-44/2023

31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-44/2023 31.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar ASC-nin nümayəndəsi X2 Borclu iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-423/2014 nömrəli icra sənədinə əsasən tələbin Borclu məxsus olan əmlakın üzərinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-423/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 2839,40 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq Tələbkar ASC-yə verilməsi qət olunmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-423/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 2839,40 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq Tələbkar ASC-yə verilməsi qət olunmuşdur. xx.xx.2014-cü il tarixdə “icraata başlamaq haqqında qərar qəbul olunaraq, tələbin könüllü icrası barədə bildirişlə bərabər icra sənədi üzrə borcluların icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı, Borclu ünvanına göndərilmiş çağırış və xəbərdarlığa baxmayaraq o, İcra və Probasiya Şöbəsinə gəlməkdən yayınmışdır. Borclu icra sənədi üzrə tələbi tam şəkildə təmin etmədiyi üçün əmlak vəziyyətini yoxlamaq məqsədi ilə “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə sorğular edilmiş və əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu adına qeydiyyata alınmış “VAZ 21723” minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı əmlak mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir. İcra sənədi üzrə Borclu adına qeydiyyata alınmış “VAZ 21723” minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı əmlakın üzərinə həbs qoyulmasına və tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etdi. İcra sənədi üzrə Tələbkar ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi təqdimatının təmin edilməsini xahiş etdi. Borclu məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh Əliyev Elşən Telman oğlu arasında xx.xx.2013-cü il tarixli, 13021-1\304976 saylı kredit müqaviləsinə əsasən Tələbkar ASC-nin Şirvan filialı tərəfindən cavabdeh Əliyev Elşən Telman oğluna 18 ay müddətinə illik 29 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2500 ABŞ dollar məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli, 13021-1/309976G saylı girov müqaviləsinə əsasən Əliyev Elşən Telman oğluna məxsus 1 ədəd “LİVA” televizor, 1 ədəd divan, 2 ədəd kresol, 1 ədəd mebel (stenka), 1 ədəd “Çinar” soyuducu, 1 ədəd DVD, 5 ədəd Xalça (4x5), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd taxt, 1 ədəd “LG” paltaryuyan maşın və əsas vasitələri xx.xx.2013-cü il tarixli, 13021-1/304976 saylı kredit müqaviləsinin öhdəliklərin icrasının təminatı kimi Tələbkar ASC-nin xeyrinə girovla yüklü edilmişdir. Cavabdeh Borclu ilə iddiaçı arasında bağlanılmış xx.xx.2013- cü il tarixli, 13021-1/106634 Z saylı Zaminlik müqaviləsinə əsasən o, cavabdeh Əliyev Elşən Telman oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və bu barədə öhdəlik imzalamışdır. Belə ki, cavabdeh Əliyev Elşən Telman oğlunun xx.xx.2014-cü il tarixə iddiaçıya 2839,4 ABŞ dollar borcu qalmışdır. Qeyd edilən 2839,4 ABŞ dollar məbləği müştərək qaydada hər iki cavabdehdən tutularaq iddiaçıya ödənilməli və həmçinin girov predmetlərinin hərraca çıxarılmaqla satılmalı və əldə edilmiş vəsait yetərli olmadığı halda yerdə qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 1-ci cavabdehin xx.xx.2014-cü il tarixə iddiaçıya 2839,4 ABŞ dollar borcu qaldığını qeyd edir. Və bu səbəbdən də o zamin durduğuna görə tələb olunan məbləğin müştərək qaydada ödənilməsini əsas gətirir. İddiaçı 1-ci cavabdehin borcu barədə ona heç vaxt xəbərdarlıq etməmiş və bunu etməməkdə səbəb isə kredit məbləğinin faiz dərəcəsinin və penyanın artması olmuşdur. Bu səbəbdən də 2014-cü il tarixdən ona 1-ci cavabdehin borcu barədə və yaxud borcunun ödənilmədiyini barədə heç bir xəbərdarlıq bildirişi göndərilməmiş və bu barədə hər hansı bir təklif etməmişdir. 1-ci cavabdehlə və həmçinin onunla xx.xx.2013-cü il tarixli kredit və zaminlik müqavilələri bağlamış və həmçinin göstərir ki, 1-ci cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixə sonuncu borcu 2839,4 ABŞ dollar olmuşdur, iddiaçı lakin 1-ci cavabdehə və həmçinin ona qarşı 2014-cü il tarixdən sonra yəni sonuncu ödənişin həyata keçirilməsindən 3 il müddətində iddia qaldırmamış və Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinin tələblərini pozaraq 6 il keçdikdən sonra ona və digər cavabdehə qarşı iddia tələbi irəli sürmüşdür. Halbuki, həmin maddənin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13- 16/7/2-2794/2023 nömrəli məktubunda göstərilmişdir ki, Borclu məxsus “VAZ-21723” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulması ilə bağlı məlumat nəqliyyat vasitəsinin qeydiyyatı sisteminə ötürülmüşdür. Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli, 021/086 nömrəli məktubunda göstərilmişdir ki, 2(032)-423/2014 saylı icra sənədində Əliyev Telman Elşən oğluna məxsus 1 ədəd “Liwa” markalı televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd mebel (stenka), 1 ədəd “Çinar” soyuducusu, 1 ədəd DVD, 5 ədəd xalça (4x5m), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd taxt, 1 ədəd “LG” paltaryuyan maşın 2013-cü il tarixdə borclunun öz istifadəsində olduğu üçün bank tərəfindən götürülməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-423/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar ASC-nin cavabdeh Əliyev Elşən Telman oğlu ilə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Əliyev Elşən Telman oğlundan və Borclu müştərək qaydada 1265,90 ABŞ dolları məbləğində əsas borcun, 350, 62 ABŞ dolları məbləğində faiz borcun, 1222,88 ABŞ dolları məbləğində cərimənin, cəmi 2839,40 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Banının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınaraq ididaçı Tələbkar ASC-nə verilməsi, xx.xx.2013-cü il tarixli girov müqaviləsi ilə qoyulmuş Əliyev Elşən Telman oğluna məxsus 1 ədəd “Liwa” markalı televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd mebel (stenka), 1 ədəd “Çinar” soyuducusu, 1 ədəd DVD, 5 ədəd xalça (4x5m), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd taxt, 1 ədəd “LG” paltaryuyan maşın açıq hərracda satılmaqla 1265, 90 ABŞ dolları məbləğində əsas borcun, 350, 62 ABŞ dolları məbləğində faiz borcun, 1222,88 ABŞ dolları məbləğində cərimənin, cəmi 2839,40 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Banının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınması barədə tələb həmin əmlaka yönəldilməsi, satışdan əldə olunan məbləğ iddiaçı Tələbkar ASC-nin tələblərində artıq olduqda, artıq məbləğ cavabdeh Əliyev Elşən Telman oğluna qaytarılması, satışdan əldə olunan məbləğ iddiaçı Tələbkar ASC-nin tələblərinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğdə borc cavabdehlər Əliyev Elşən Telman oğlu və Borclu alınaraq iddiaçı iddiaçı Tələbkar ASC-nə qaytarılması, cavabdehlər Əliyev Elşən Telman oğlu və Borclu müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar ASC-nə verilməsi qət edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarına nəzər salsaq, icra vərəqəsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin nəticə hissəsini tədqiq edərkən müəyyən olunur ki, tələbin ilk öncə cavabdehlərdən müştərək qaydada tutulması, tələbin girov müqaviləsi ilə nəzərdə tutulmuş sadalanan əmlakların açıq hərracdan satılaraq həmin məbləğə yönəlməsi, satışdan əldə olunan məbləğin kifayət etmədikdə, qalan borcun ümumi qaydada cavabdehlərdən alınması qərara alınmışdır. İcra sənədi üzrə həyata keçirilmiş hərəkətlərə nəzər salarkən müəyyən olunur ki, icra məmuru göstərilən əmlakların hazırda iddiaçıda olmadığına dair məlumatla kifayətlənərək əlavə heç bir icra hərəkəti həyata keçirməmiş, göstərilən əmlakların mövcudluğu ilə bağlı hər hansı araşdırma aparmadan 9 il ərzində icra olunmayan məhkəmə qərarının icrasını təmin etməyin çıxış yolunu zaminə məxsus avtomobilin üzərinə həbs qoyulmasında tapmışdır. Halbuki məhkəmə hesab edir ki, icra hərəkətləri məhz qətnamənin özündə müəyyən edilmiş ardıcıllıq pozulmadan həyata keçirilməlidir. Qeyd olunanlar icra hərəkətlərinin natamamlığına işarə etməklə təqdimatın hazırki vəziyyətində təminini istisna edir. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar