Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-45/2025 03.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri İlkin Rüstəmov təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin şöbəsinin rəisi, ədliyyə müşaviri İlkin Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “OPEL ASTRA” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1887/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclular X1 və Borclu cəmi 2220.71 ABŞ dolları, nümayəndəyə göstərdiyi hüquqi yardıma görə 100 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə verilməlidir. Borclunun əmlakının axtarışı zamanı Borclu mülkiyyətində “OPEL ASTRA” minik markalı ** BJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu aşkar olunmuş və tərəflərindən verilmiş təqdimat əsasında Şirvan şəhər Məhkəməsinin 8(032)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə tələbkar "xxxx" ASC şöbəyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışdan məlum olmuşdur ki, icra sənədi üzrə borc məbləği qalmamışdır. Qeyd olunanlara əsasən Şirvan şəhər Məhkəməsinin 8(032)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “OPEL ASTRA” minik markalı ** BJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərarda qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki; Şirvan şəhər Məhkəməsinin 2(032)-1887/2016 saylı, 26 may 2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Borclu müştərək qaydada xx.xx.2015-ci il tarixli PB/0xx/xx/367089 nömrəli kredit müqaviləsi üzrə 1337,24 ABŞ dolları əsas borc, 827,30 ABŞ dolları hesablanmış faiz borcu, 56,17 ABŞ dolları dəbbə pulu, cəmi 2220,71 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatanın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi, cavabdehlər X1 və Borclu nümayəndəyə göstərdiyi hüquqi yardıma görə 100 (bir yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şirvan şəhər Məhkəməsinin 8(032)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “OPEL ASTRA” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. "xxxx" BOKT ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 007 nömrəli ərizəsindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1887/2016 saylı, 26 may 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər X2 və Borclu borc alınaraq iddiaçı "xxxx" BOKT ASC-yə verilmişdir. “İcra Haqqında Qanunun” 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Odur ki, qeyd edilən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1887/2016 saylı, 26 may 2016-cı il tarixli icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 8(032)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus “OPEL ASTRA” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 8(032)-99/2023 saylı, xx.xx.2023-cü il qərardadı ilə Borclu “OPEL ASTRA” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-45/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-45/2025
03.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver