Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-48/2024 20.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(032)-888/2023 saylı icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi haqqında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(032)-888/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-888/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4553 manat 91 qəpik məbləğində pul vəsaiti alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra tədbirləri zamanı Borclu adına “QAZ-330210” minik markalı, **-BD-*** və “Mercedes Benz 190” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş borclu, tələbkar , icra məmuru məhkəməyə gəlməmişlər, eyni zamanda icra işinin məhkəməyə təqdim edilməsi xahiş olunmasına baxmayaraq icra işi məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şirvan şəhər Məhkəməsinin 2(032)-888/2023 saylı, 24 iyun 2023-cü tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli , RGTK7900057A204 saylı kredit müqaviləsinə əsasən 3991 manat 80 qəpik əsas, 497 manat 22 qəpik faiz, cəmi 4489 manat 02 qəpik borc Tələbkar ASC-nin xeyrinə tutulması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, cavabdeh Borclu dövlət rüsumu üçün ödənilmiş 64 manat 89 qəpik məbləğində pul alınaraq iddiaçı Tələbkar ASC-nə verilməlidir . xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-888/2023 saylı, 24 iyun 2023-cü tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli, e175742/2023-10-23-004 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamaması” səbəbindən geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Məhkəmə təqdimatı tədqiq edərək hesab edir ki, tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu Şirvan şəhər Energetik küçəsi ev 78 ünvanına göndərilmiş, lakin bildiriş “köçməsi və həmin ünvanda yaşamaması” səbəbindən geri qaytarıldığından, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsində nəzərdə tutulan tələblərə riayət olunmamış, həmçinin “İcra haqqında” Qanunun 45-ci maddəsində qeyd olunmuş tələblərə əməl etməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən borclu qanunvericilklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmamış və borclunun qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri və sair əmlakının axtarışına dair tədbirlərin görülməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Şirvan şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(032)-888/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şirvan şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(032)-888/2023 saylı icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi haqqında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-48/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-48/2024
20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver