Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-48/2025 04.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Səfa Həsənovanın təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Səfa Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ 2107” minik markalı ** BX *** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-242/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1152/2014 saylı məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməklə azaldılmış, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün əvvəli xx.xx.2015-ci ildən hesablanmaqla xx.xx.1988-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş və ünvan 1 ünvanında yaşayan Borclu hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1500/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə müəyyən edilmiş 50 manat miqdarında aliment dəyişdirilərək artırılmış, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ünvan 2 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Borclu uşağa görə hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 verilməsi qət edilmişdir. Borclunun əmlakının axtarışı zamanı Borclu adına ** BX *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı nəqliyyat vasitəsinin olduğu aşkar olunmuş və tərəflərindən verilmiş təqdimat əsasında Şirvan şəhər Məhkəməsinin 8(032)-61/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla tələb borcluya məxsus əmlaka yönəldilmişdir. İş üzrə tələbkar X4 xx.xx.2025-ci il tarixində ərizə ilə şöbəyə müraciət edərək borcun ona tam ödənildiyini və Borclu məxsus ** BX *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki; Şirvan Şəhər Məhkəməsinin 8(032)-61/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “VAZ 2107” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X4 tərəfindən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Borclu borcunu ödədiyindən avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 8(032)-61/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 2107” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 8(032)-61/2023 saylı, xx.xx.2023-cü il qərardadı ilə Borclu məxsus “VAZ 2107” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №8(032)-48/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-48/2025
04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver