Məhkəmə qərarları › İş №8(032)-49/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-49/2024

24.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-49/2024 24.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Sabirabad rayon Məhkəməsinin 2(056)-523/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu X3 məxsus olan əmlakın üzərinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Sabirabad rayon Məhkəməsi tərəfindən verilmiş 2(056)-523/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən borclu X1 2364,85 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X4 verilməsi qət olunmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi borclu X3 məxsus olan əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin 2(056)- 523/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 2364,85 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X4 verilməsi qət olunmuşdur. Belə ki, Borclu hazırki vaxta qədərə icra sənədində göstərilmiş tələbi tam şəkildə yerinə yetirməmişdir. Hazırda 2214,85 manat borcu mövcuddur. Borclu X2 əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyatı qurumlara sorğular edilmiş və onun yaşadığı ünvana baxış keçirilmişdir. Elektron məlumat portalından məlum olur ki, X2 Sabirabad rayonu, Çöl- Dəllək kəndində yerləşən 0.6340 ha torpaq sahəsinin mövcud olduğu məlum olmuşdur. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsaslanaraq tələbin iş üzrə borclu X2 adına qeydiyata alınmış və mülkiyyətində olan Sabirabad rayonu, Çöl-Dəllək kəndində yerləşən 0,6340 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin tələbin göstərilən torpaq sahəsinə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu X3 və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat qismən təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdim olunmuş sənədlərdən aydın olur ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar borcluya qanunla nəzərdə tutulmuş qaydada bildirişlər, xəbərdarlıqlar göndərilmiş, lakin borclu tərəfindən icra sənədini icra etməmişdir. ”Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, borclu X2 adına Sabirabad rayonu, Çöl-Dəllək kəndində yerləşən 0,6340 ha torpaq sahəsi vardır. Məhkəmə təqdimatı, tərəfin mövqeyini, iş üzrə mövcud borc məbləğini nəzərə alıb hesab edir ki, təqdimat qismən təmin edilməli, Sabirabad rayonu, Çöl-Dəllək kəndində yerləşən 0,6340 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu X3 məxsus Sabirabad rayonu, Çöl-Dəllək kəndində yerləşən 0,6340 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qalan hissədə təqdimat təmin edilməsin. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar