Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-49/2025 04.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 , Tələbkar1 və Tələbkar2 iştirakı ilə, Borclu “Əli X6” ASC -yə məxsus olan iki ədəd körpülü kranın üzərinə həbsin qoyulması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X6”ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar2 verilməlidir. Şirvan şəhər Məhkəməsinin 2(032)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X6”ASC-dən 30 aprel 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1920 (bir doqquz yüz iyirmi) manat, 01 yanvar 2023-cü il tarixədən 30 iyun 2023cü il tarixədək 1656 (bir min altı yüz əlli altı) manat, cəmi 3576 (üç min beş yüz yetmiş altı) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün aylıq sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar1 verilməlidir. İcra sənədini icra edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək tələbin borclu “Əli X6”ASC -yə məxsus olan iki ədəd körpülü kranın üzərinə həbs qoyulması və tələbin həmin əmlaklara yönəldilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X6”ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar2 verilməlidir. Şirvan şəhər Məhkəməsinin 2(032)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X6”ASC-dən 30 aprel 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1920 (bir doqquz yüz iyirmi) manat, 01 yanvar 2023-cü il tarixədən 30 iyun 2023cü il tarixədək 1656 (bir min altı yüz əlli altı) manat, cəmi 3576 (üç min beş yüz yetmiş altı) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün aylıq sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar1 verilməlidir. Borclunun əmlakın axtarışı zamanı “Əli X6” ASC-nin Turbin-Qazma sexində olarkən borclu təkilata məxsus olan iki ədəd körpülü kranın olduğu aşkar olunmuş və xx.xx.2025-ci il tarixli protokol əsasında həmin əmlaklar siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasına borclu “X3” ASC-nin nümayəndəsi gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar1 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar2 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun : 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Təqdimata əlavə edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh “Əli X6”ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar2 verilməlidir. Şirvan şəhər Məhkəməsinin 2(032)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh “Əli X6” ASC-dən 30 aprel 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1920 (bir doqquz yüz iyirmi) manat, 01 yanvar 2023-cü il tarixədən 30 iyun 2023-cü il tarixədək 1656 (bir min altı yüz əlli altı) manat, cəmi 3576 (üç min beş yüz yetmiş altı) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün aylıq sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar1 verilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu “Əli X6” ASC-yə 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinin surətindən görünür ki, borclu “Əli X6” ASC-yə icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu “Əli X6” ASC-yə 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinin surətindən görünür ki, borclu “Əli X6” ASC-yə icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. İki icra vərəqəsinin ümumi icraatda birləşdirilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Əli X6” ASC barəsində olan Şirvan şəhər Məhkəməsinin 2(032)- 165/2023 saylı, xx.xx.2023-cü il tarixli və Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. "xxxx" MMC və “X7” Bazası arasında Turbin-Qazma sexinin icarəyə götürülməsi barədə 003/2012 saylı xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən aylıq icarə haqqı 350 manat olamqla icarəyə verənin balansında olan Turbin-Qazma sexinin boş binasının icarəyə verilmişdir. "xxxx" MMC və “X7” Bazası arasında Turbin-Qazma sexinin icarəyə götürülməsi barədə 001/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən aylıq icarə haqqı 350 manat olamqla icarəyə verənin balansında olan Turbin-Qazma sexinin boş binasının icarəyə verilmişdir. Borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında protokoldan görünür ki, 1 ədəd işlək olmayan və 1 ədəd işlək olan körpülü kranın üzərinə həbs qoyulmuş və üzərinə həbs qoyulmuş əmlak saxlanılması üçün "xxxx" MMC-nin rəhbəri X1 təhvil verilmişdir. Qaimə-fakturadan görünür ki, 1 ədəd 1m983 markalı 901-001 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1 m983 markalı 38087 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1 K62 markalı 556021 zavod nömrəli tornaçı dəzgah, 1 ədəd 6 M82T markalı dəzgah, 1 ədəd 17337 zavod nömrəli üst yonuş dəzgahı, 1 ədəd 310 zavod isgənə dəzgahı “Əli X6” ASC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 22000 qiymətinə təhvil verilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, təqdimat əsaslı olduğundan borclu “Əli X6” ASC -yə məxsus olan iki ədəd körpülü kranın üzərinə həbs qoymaqla, tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri tətbiq olunmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268-ci maddələrini rəhbər tutub qərara aldı: Təqdimat təmin edilsin. Borclu “Əli X6” ASC-yə məxsus olan iki ədəd körpülü kranın üzərinə həbs qoyulsun. Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli və Şirvan şəhər Məhkəməsinin 2(032)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb həmin əmlaklara yönəldilsin. Qərardadın icrası müvafiq olaraq Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-49/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-49/2025
04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver