Məhkəmə qərarları › İş №8(032)-5/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-5/2024

19.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-5/2024 19.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Əsgərli Əfsanə Əmrah qızının katibliyi ilə Borclu, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru kiçik ədliyyə qulluqçusu X3 iştirakları ilə, Şirvan şəhəri üzrə İcra və X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-365/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Şöbəsinin Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-365/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, Yardımlı rayon Məhkəməsinin 2(038)-365/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 180 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə Borclu edilmiş xəbərdarlıqlara baxmayaraq alimenti ödəməkdən yayınmış və hazırda 1260 manat aliment borcu yaranmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədi üzrə aliment borcunun yüksək olmasına əsasən ehtimal olunur ki, iş üzrə Borclu hər an ölkə hüdudlarından kənara çıxa bilər və bu da göstərilən icra sənədinin icrasına mane ola bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-365/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında iştirak edərək Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına qarşı etirazının olmadığını, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru kiçik ədliyyə qulluqçusu X4 məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdim etdiyi sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki,icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmiş, Borclu tələblərin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq icra sənədini tam icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-365/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Yuxarda göstərilənlərə və "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-365/2023 nömrəli icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar