Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-50/2024 30.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Şirvan şəhəri üzrə İcra və X3 şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)- 1438/2014 nömrəli icra sənədinə əsasən Borclu barəsində məcburi gətirilmə barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 nömrəli icra sənədinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2014-cü ildən hesablanmaqla Borclu hǝr ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi icra vərəqəsinin icrası ilə əlaqədar Borclu məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı onunla əsaslanır ki, Şirvan şəhər Məhkəməsinin 2-(032)1438/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2014-cü ildən hesablanmaqla Borclu hǝr ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Borclu xx.xx.2023-cü ildə, xx.xx.2024-cü ildə və xx.xx.2024-cü il tarixlərdə icra və probasiya şöbəsində olmuş, lakin sonradan ona xəbərdarlıq göndərilsǝ də, telefon əlaqəsi saxlanılaraq İcra və probasiya şöbəsinə dəvət edilməsinə baxmayaraq, gəlməkdən yayınmışdır. Bununla da, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki, Şirvan şəhər Məhkəməsinin 2(032)1438/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması zərurəti yaranmışdır. Borclu və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişi almasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barəsində heç bir məlumat verməmişdirlər. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 saylı icra sənədinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2014-cü ildən hesablanmaqla Borclu hǝr ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 verilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 2(032)-1438/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu”nun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdə üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq edilir. Beləliklə, məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, icra sənədinin normal icrasını təmin etmək məqsədi ilə, Şirvan şəhəri üzrə İcra və X3 şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 saylı icra sənədinə əsasən borclunun icra məmurunun yanına məcburi gətirilməsi barədə təqdimatı təmin edilməlidir. Yuxarda göstərilənlərə və "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 saylı icra sənədinə əsasən borclu Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Əliyev X5 şəhəri üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şirvan Şəhər Polis Şöbəsinə tapşırılsın. Şikayət qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-50/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-50/2024
30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver