Məhkəmə qərarları › İş №8(032)-51/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-51/2023

11.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-51/2023 11.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Borclu, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 şəhər Məhkəməsinin 2(032)-518/2022 saylı, 11 may 2022-ci il tarixli icra sənədinə əsasən icra sənədində göstərilən tələblərin təmin edilməsi məqsədi ilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-518/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 16036 manat məbləğində cehiz əmlakı, 3510 manat məbləğində qızıl əmlakı və 1455 manat məbləğində geyim əşyaları alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə Borclu edilmiş xəbərdarlıqlara baxmayaraq əmlakların onda olmamasını bildirməklə onları qaytarmaqdan yayınmışdır.İcra məmurunun qanuni tələblərin yerinə yetirmədiyinə görə Şirvan şəhər Məhkəməsinin 3(032)-738/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə 08 gün müdddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədi üzrə əmlak borcunun yüksək olmasına əsasən, ehtimal olunur ki iş üzrə Borclu hər an ölkə hüdudundan kənara çıxa bilər bu da göstərilən icra vərəqəsinin icrasına mane olar. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, o hal-hazırda heç bir yerdə işləmir. Üçüncü qrup əlildir. İcra vərəqəsində olan cehiz əmlak tələbkar tərəfindən aparılmışdır. O qətnamədən narazı qaldığından kassasiya şikayəti vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-518/2022 saylı, 11 may 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh Borclu Şirvan şəhəri, Xəqani küçəsi 23, ev 617-də yerləşən: Cehiz əşyaları: 1 ədəd servant Mirvari-Türkiyə istehsalı 1100 manat, 1 ədəd dolab (şifoner) Mirvari Türkiyə istehsalı 1300 manat, 1 ədəd kamod Mirvari Türkiyə istehsalı 700 manat, 1 ədəd trümo Mirvari Türkiyə istehsalı 700 manat, 1 ədəd taxt Mirvari Türkiyə istehsalı 430 manat, 1 ədəd yazı stolu (pismenni) Embawood istehsalı 170 manat, 1 ədəd soyuducu Rusiya istehsalı 760 manat, 1 ədəd oturacaq divan Embawood istehsalı 1470 manat, 1 stol sinə Embawood istehsalı 450 manat, 6 stul oturacaq Embawood istehsalı 540 manat, 1 ədəd paltaryuyan maşın LG 600 manat, 4 ədəd xalça İran istehsalı 780 manat, 1 tok samovarı Rusiya istehsalı 60 manat, 1 kömür samovarı yerli istehsal 150 manat, 1 tefal Almaniya istehsalı 25 manat, 1 dəst nahar servisi İtaliya istehsalı 12 nəfərlik 380 manat, qaşıq, çəngəl, bıçaq naboru çemodan Almaniya istehsalı 250 manat, 48 ədədlik boşqab dəsti Kitay istehsalı 48 manat, 1 ədəd tozsoran Bosch firması 250 manat, 1 ədəd ətçəkən maşın Bosch firması 65 manat, 1 ədəd sokçəkən maşın Almaniya istehsalı 60 manat,1 ədəd soğançəkən Kitay istehsalı 55 manat, 1 ədəd soba (duxovka) Türkiyə istehsalı 85 manat,1 plazma televizor 82 ekran Yaponiya istehsalı 370 manat, 1 sandıq yerli istehsal 60 manat, 1 ütü altlığı Kitay istehsalı 50 manat, 1 ədəd divar saatı İran istehsalı 40 manat, 1 ütü Türkiyə istehsalı 35 manat, 1 ədəd çilçıraq Kitay istehsalı 140 manat, 2 ədəd qəhvədan Türkiyə istehsalı 65 manat, 1 ədəd yük divanı Embawood istehsalı 120 manat, 2 ədəd gecə lampası Kitay istehsalı 45 manat, 1 ədəd qab (tobaq) Türk istehsalı 30 manat, 2 çay servisi Kitay istehsalı 65 manat, 2 adyal İran istehsalı 80 manat, 2 adyal Türk istehsalı 100 manat, 4 ədəd döşək 520 manat, 4 ədəd yorğan 340 manat, 1 taxt döşəyi 250 manat, 1 taxt yorğanı 230 manat, 8 ədəd balınc 400 manat, 12 ədəd nalça 140 manat, 3 ədəd yay yorğanı Türkiyə istehsalı 120 manat, 1 ədəd qazan dəsti elektrik İtaliya istehsalı 480 manat, 1 qazan dəsti Türkiyə istehsalı 150 manat, 2 qazan dəsti İran istehsalı 120 manat, 12 ədəd kasa Kitay istehsalı 38 manat, 1 ədəd mətbəx mebeli 3 m uzunluqda Embawood istehsalı 600 manat, 2 ədəd pərdə Kapsella yerli istehsal 180 manat, 2 ədəd çemodan Türk istehsalı 65 manat, 6 ədəd meyvəqabı Türk istehsalı 180 manat, 2 ədəd güldan İran istehsalı 80 manat, 6 ədəd ayı kukla 120 manat, 6 ədəd şüşə bakal dəsti Kitay istehsalı 60 manat, 1 ədəd DVD Samsung firması 50 manat, 1 ədəd güldan güllərlə birlikdə 50 manat, 5 ədəd padnos 85 manat, 1 dəst taxt üstlüyü 120 manat, 2 ədəd kauçuk vanna 20 manat, 6 ədəd kabab şişi 10 manat, Geyim əşyaları: 2 ədəd kurtka Türkiyə istehsalı 150 manat, 6 ədəd don Türkiyə istehsalı 430 manat, 8 ədəd şalvar Türkiyə istehsalı 170 manat, 10 ədəd polover Türkiyə istehsalı 300 manat, 1 ədəd saç feni 35 manat, 1 ədəd saç ütüsü 40 manat, 6 ədəd tufli Türkiyə istehsalı 150 manat, 2 ədəd sapojki Çexslovakiya istehsalı 140 manat, 2 ədəd krasovka Kitay istehsalı 40 manat, Qızıl-zinət əşyaları: 2 ədəd nişan üzüyü Rus 583 əyarlı 650 manat, 1 ədəd qızıl boyunbağı Rus 583 əyarlı 1300 manat, 1 ədəd qızıl qolbaq Rus 583 əyarlı 380 manat, 2 ədəd qızıl sırğa Rus 583 əyarlı 430 manat, 2 ədəd qızıl sırğa Rus 585 əyarlı 220 manat, 1 ədəd qızıl üzük Rus 583 əyarlı 280 manat, 1 ədəd qızıl qolbaq Türk 583 əyarlı 250 manat olan əşyalarının özləri, olmadıqda onların pul ilə dəyəri və 153 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 16 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 16 yanvar 2023-cü il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli aktdan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-518/2022 saylı, 11 may 2022-ci il tarixli icra vərəqəsində adları sadalanan cehiz əmlak və qızıl-zinət əşyalarının heç biri Şirvan şəhəri Xəqani küçəsi 23/618 saylı evdə aşkar edilməmişdir. İş materiallarında olan Borclu 06 iyun 2023-cü il tarixdə verdiyi izahatında bildirdmişdir ki, icra vərəqəsində göstərilən əşyaları tələbkar və onun qohumları aparmışlar. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx xxxx 2001-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri, Xaqani küçəsi 23/621 saylı evdə yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar