Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-51/2024 29.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi , Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Borclu məxsus “Mercedes Benz 609D” markalı ** FN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulması, tələbin həmin əmlakın üzərinə yönəldilməsi və həmin avtomobilin cərimə duracağına yerləşdirilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru Rəşadət Yusifovun oğlunun təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 3 uşağın saxlanması üçün 270 manat məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir . İcra sənədini icra edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru Rəşadət Yusifovun oğlu təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus “Mercedes Benz 609D” markalı ** FN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını, tələbin həmin əmlakın üzərinə yönəldilməsini və avtomobilin cərimə duracağına yerləşdirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 3 uşağın saxlanması üçün 270 manat məbləğində aliment alınaraq Tələbkar köçürülməlidir. Şirvan şəhər Məhkəməsinin 2(032)- 1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 15120 manat borc yaranmışdır. İcra tədbirləri zamanı Borclu adına “Mercedes Benz 609D” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu məlum olmuşdur. Məhkəmə iclasına borclu və tələbkar gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun : 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Təqdimata əlavə edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, 18.010.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü Borclu və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün əvvəli xx.xx.2019-cu ildən hesablanmaqla xx.xx.1979-cu ildə Şirvan şəhərində anadan olmuş və ünvan 1 ünvanında yaşayan cavabdeh Borclu hər ay sabit pul məbləğində bir uşağa görə 90 manat, üç uşağa görə 270 manat məbləğində müvəqqəti aliment tutularaq Tələbkar verilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinin surətindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir . “SMS bildirişin ” göndərilməsi barədə çıxarışdan görünür ki, Borclu istifadəsində olan 77-600-28-28 nömrəli mobil telefona xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin 2(032)-1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Şirvan şəhər İcra və probasiya şöbəsinə gəlməsi barədə sms bildiriş göndərilmişdir. “SMS bildirişin ” göndərilməsi barədə çıxarışdan görünür ki, Borclu istifadəsində olan 70-656-26-76 nömrəli mobil telefona xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin 2(032)-1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Şirvan şəhər İcra və probasiya şöbəsinə gəlməsi barədə sms bildiriş göndərilmişdir. Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldə biləcəyi əmlakının olmamasının müəyyən edilməsi haqqında xx.xx.2024cü il tarixli aktın surətindən görünür ki, Borclu qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamadığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1979-cu ildə təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemində edilmiş sorğunun nəticəsinə əsasən, “Mercedes Benz 609D” markalı ** FN *** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi Borclu mülkiyyətindədir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus “Mercedes Benz 609D” markalı ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoymaqla tələbin həmin əmlaka yönəldilməsi ilə məcburi icra tədbiri tətbiq olunmalı, təqdimat bu hissədə təmin edilməlidir . Borclu məxsus “Mercedes Benz 609D” markalı ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin DYP-nin cərimə meydançasına yerləşdirilməsi hissəsində isə təqdimat təmin edilməməlidir. Belə ki, Borclu məxsus “Mercedes Benz 609D” markalı ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin DYP-nin cərimə meydançasına yerləşdirilməsi həmin avtomobilin müəyyən müddət istifadəsiz qalmaqla texniki cəhətdən yararsız hala düşməsinə səbəb olduğuna görə məqsədə müvafiq hesab edilməməli, təqdimat bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268-ci maddələrini rəhbər tutub qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “Mercedes Benz 609D” markalı ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Şirvan şəhər Məhkəməsinin 2(032)-1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələb həmin əmlaka yönəldilsin. Qalan hissədə təqdimat təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-51/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-51/2024
29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver