Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-52/2023 19.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməyə izah verilməsi iddiaçı X2 tərəfindən verilmiş ərizəyə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ilə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 30 dekabr 2016-ci ildə 2659 nömrə ilə qeyd edilmiş nikahın pozulmasını, birgə yaşayışdan xx.xx.2018-ci ildə anadan olmuş X1 onun yanında qalmasının müəyyən olunmasını, xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş etmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı X3 Cavabdeh ilə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 30 dekabr 2016-ci ildə 2659 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2018-ci ildə anadan olmuş X1 iddiaçı X3 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 14 iyul 2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X4 verilməsi,qalan hissədə iddianın təmin edilməməsi, alimentin tutulması hissədə qətnamənin dərhal icra edilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi,Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pulun alınaraq iddiaçı X4 verilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pulun alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş üzrə iddiaçı X2 ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizəyə görə Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlsə də, borclunun təqsiri ucbatından hal-hazıradək icra edilməmişdir. Beləki, borclu Cavabdeh 19 may 2023-cü il tarixdə saat 19.20 radələrində birgə nikahdan doğulmuşSultan Süleymanovu Bakı şəhərində yaşadığı ünvandan götürərək özü ilə aparmış və geri qaytarmamış, uşaq hazırda da onun himayəsindədir. Bu səbəbdən də birgə nikahdan doğulmuşuşağın onun yanında saxlanmasına dair Şirvan şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsinin olmasına baxmayaraq icra məmuru qətnamə üzrə verilmiş icra sənədinin icrasından imtina etmişdir. İcra məmuru tərəfindən icra sənədinin icra edilməsindən imtina olunmasının səbəbi iş üzrə məhkəmə qətnaməsində “08 may 2018-ci il təvəllüdlü X1 Cavabdeh alınıb anaya verilməsinə” dair müddəanın olmaması kimi izah edilmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi mümükün olmadığından iş üzrə Şirvan şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsinə “birgə nikahdan xx.xx.2018-ci ildə anadan olmuş X1 iddiaçı X3 yanında saxlanılması” hissəsində izah verilməsi ilə bağlı məhkəməyə müqarciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə ərizədə göstərilən xüsusatları bir daha təsdiq edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirdi ki, təmsil etdiyi şəxsin iddiaçı X5 ilə nikahlarına 2022-ci il tarixdə xitam verilmişdir. Onda olan məlumata görə iddiaçı faktiki nikah münasibətlərinə daxil olaraq başqa bir şəxslə birlikdə yaşayır. İddiaçının daimi yaşayış ünvanı yoxdur. Uşaq tələbi ilə bağlı iddiaçı bir dəfə Abşeron rayon Polis şöbəsinə müraciət etmiş, lakin uşaq anasının yanına getməmişdir. Uşaq tələbi ilə bağlı qətnamənin icra olunması üçün heç bir icra şöbəsinə müraciət etməmişdir. Gələcəkdə qətnamə icra olunduqda uşaq anasının yanında yaşamasını istəsə buna təmsil etdiyi şəxs etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsinin izah edilməsinə dair iş üzrə iddiaçı X2 ərizəsi təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 nikahı Şirvan şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 21 fevral 2023-cü il tarixdə xitam verilmişdir. Ərizəyə əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı X3 Cavabdeh ilə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 30 dekabr 2016-ci ildə 2659 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2018-ci ildə anadan olmuş X1 iddiaçı X3 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 14 iyul 2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X4 verilməsi,qalan hissədə iddianın təmin edilməməsi, alimentin tutulması hissədə qətnamənin dərhal icra edilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi,Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pulun alınaraq iddiaçı X4 verilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pulun alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.6-cı bəndinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmələrə izah edilsin ki, məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də, gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəyiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir. Həmin qərarın 7.7-ci bəndinə əsasən qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh ilə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 30 dekabr 2016-ci ildə 2659 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2018-ci ildə anadan olmuş X1 iddiaçı X3 yanında qalması dedikdə xx.xx.2018-ci ildə anadan olmuş X1 atası Cavabdeh alınaraq anası X4 verilməsi və alimentin həmin tarixdən tutulması kimi başa düşülməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub qərara aldı: Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh ilə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 30 dekabr 2016-ci ildə 2659 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2018-ci ildə anadan olmuş X1 iddiaçı X3 yanında qalması dedikdə, qətnamənin həmin hissəsi xx.xx.2018-ci ildə anadan olmuş X1 atası Cavabdeh alınaraq anası X4 verilməsi, həmçinin uşağın atadan alınıb anaya verilməsi günündən alimentin tutulmasının başlanması kimi izah edilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(032)-52/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-52/2023
19.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver