Məhkəmə qərarları › İş №8(032)-54/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-54/2024

29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-54/2024 29.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1047/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi və həmin avtomobillərin üzərinə həbsin qoyulması tələbinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1047/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2726.05 manat məbləğində pul vəsaiti və 47.27 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" KB ASC-ni BX n xeyrinə ödənilməsi qət edilmişdir. İcra tədbirləri zamanı Borclu adına ** BX *** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı və ** NJ *** dövlət qeydiyyat nişanlı “Qaz 31105 120” minik markalı nəqliyyat vasitələrinin olduğu məlum olmuşdur. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci, 45.1-ci və 50-ci maddələrinə əsaslanaraq tələbin iş üzrə Borclu məxsus ** BX *** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı və ** NJ *** dövlət qeydiyyat nişanlı “Qaz 31105 120” minik markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq tələbin həmin əmlaklara yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru hazırki məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1047/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2019-cu il tarixli, 428rstSLY/19 saylı kredit müqaviləsi üzrə 2723 manat 69 qəpik əsas borc, 2 manat 36 qəpik faiz borcu, ümumilikdə 2726 manat 05 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASC-nə verilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icraata başlanmışdır. xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu adına ** BX *** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı və ** NJ *** dövlət qeydiyyat nişanlı “Qaz 31105 120” minik markalı nəqliyyat vasitələri vardır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdim olunmuş sənədlərdən aydın olur ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar borcluya qanunla nəzərdə tutulmuş qaydada bildirişlər, xəbərdarlıqlar göndərilmiş, lakin borclu tərəfindən icra sənədini icra etməmişdir. Məhkəmə təqdimatı, tərəfin mövqeyini, iş üzrə mövcud borc məbləğini nəzərə alıb hesab edir ki, təqdimat qismən təmin edilməli, ** BX *** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus ** BX *** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qalan hissədə təqdimat təmin edilməsin. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar