Məhkəmə qərarları › İş №8(032)-54/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-54/2025

10.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-54/2025 10.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X3 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 nümayəndəsi və vəkili Vəkil “ödənilməli olan pul məbləğlərinin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 qətnaməsi ilə Borclu X4 xeyrinə tutulmalı olan 12500 (on iki min beş yüz) manat məbləğində vəsait 4962 manat 50 qəpik həcmində indeksasiya olunmaqla, ümumilikdə 17462.5 (on yeddi min dörd yüz altmış iki manat 50 qəpik) manat məbləğin Borclu tutularaq X5 ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı X2 Günay Varis qızına qarşı borcun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 12500 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və iş üzrə icraata başlanılmışdır. Lakin, cavabdeh məhkəmə qətnaməsi ilə onun qarşısına qoyulmuş öhdəliyin icrasından qəsdən boyun qaçırmışdır. Bu səbəbdən o inzibati məsuliyyətə cəlb edilmişdir. İndiyə qədər, həmin qətnamə icra olunmamışdır. Bu səbəbdən mövcud qanunvericliyə əsasən qətnamədə göstərilən məbləğin indeksləşdirilməsi müraciət etməkdə haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar X7 və Borclu məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 12500 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və iş üzrə icraata başlanılmışdır. Lakin, cavabdeh məhkəmə qətnaməsi ilə onun qarşısına qoyulmuş öhdəliyin icrasından qəsdən boyun qaçırmışdır. Bu səbəbdən də ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh Borclu qarşı iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 12.500 manat pul, ödənilmiş 30 manat pul dövlət rüsumunun alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-445/2024 saylı qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli ,2(032)-344/2020 saylı qətnaməsi ilə cavabdeh Borclu 12.500 manat pul, ödənilmiş 30 manat pul dövlət rüsumunun alınaraq iddiaçı X5 verilməsi qət edilmiş, xx.xx.2022-ci il tarixli qərarla Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 saylı icra sənədi Borclu tərəfindən icra edilmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-445/2024 saylı qərarı ilə inzibati xəta törətmiş Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. Beləliklə, araşdırılmış sübutlarla Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 saylı icra sənədinin xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək icra edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir: " Beləliklə, Konstitusiya və beynəlxalqhüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir....Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir". İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayında 2020-ci ilin may ayına nisbətən 139,7 faiz təşkil etmişdir. Ərizəçinin tələbindən görünür ki, ərizənin məzmunu Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 saylı icra sənədi üzrə Borclu tutularaq, iddiaçı (tələbkar) kimi ona ödənilməli olan 12500 manat pul məbləğinin indeksasiya olunmasından ibarətdir. Məhkəmə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(032)-344/2020 qətnaməsi ilə Borclu X4 xeyrinə tutulmalı olan 12500 (on iki min beş yüz) manatın xx.xx.2020-ci il tarixdən qərardad çıxan xx.xx.2025-ci il tarixə qədər olan indeksasiya edilmiş məbləğin 17462 manat 50 qəpik olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrinə əsasən , QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 qətnaməsi ilə Borclu X4 xeyrinə tutulmalı olan 12500 (on iki min beş yüz) manatın xx.xx.2020-ci il tarixdən qərardad çıxan xx.xx.2025-ci il tarixə qədər olan indeksasiya edilmiş məbləğin 17462 manat 50 qəpik olduğu müəyyən edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar