Məhkəmə qərarları › İş №8(032)-56/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-56/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-56/2024 07.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi , Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, X2 tərəfindən verilmiş Şirvan şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli,8- 1(032)-40/2022 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi tələbinə dair ərizəyə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək Şirvan şəhər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-50/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası üçün Şirvan şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli,8-1(032)-40/2022 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən mənzilin (qeyri yaşayış obyekti) üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-50/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin xx.xx.2012-ci il tarixdə, AN ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdikləri, xx.xx.2021-ci il tarixdə X3 adına ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 10, 77 nömrəli mənzilə X1 3/14 hissədə, X3 isə 11/14 hissədə payı müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməsi, qətnamənin aidiyyəti qurumlarda müvafiq qeydlər aparılması üçün əsas olması və 20 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq məhkəmə qətnaməsi və qərarı ilə təmin edilməmişdir. Bundan başqa iddianın təmin tədbiri olaraq Şirvan şəhər məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 8-1(032)-40/2022 saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən mənzilin (qeyri yaşayış obyekti) üzərinə həbs qoyulması qərara alınmışdır. Hal-hazırda Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 50/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır və onun əsasında verilmiş icra vərəqi Şirvan şəhəri icra və probasiya şöbəsinin icraatındadır. İcra vərəqi aidiyyatı üzrə icra edilməsi üçün DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə göndərilmiş və həmin icra vərəqinin icrası mümkün olmamışdır ona görə ki, həmin əmlakın üzərinə Şirvan şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 8-1(032)40/2022 saylı qərardadı ilə həbs qoyulmuşdur. Odur ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-50/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqinin icrası üçün Şirvan şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 8-1(032)-40/2022 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına ərizə vermiş şəxs gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X6 ərizənin əsassız olmasını nəzər alıb təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 8-1(032)-40/2022 saylı qərardadına əsasən ərizənin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin (qeyri yaşayış obyekti) üzərinə həbs qoyulması, qərardadın icrasının Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra olunması, müvəqqəti təminat tədbirinin 1 (bir) ay müəyyən olunması qərara alınmışdır. Göründüyü kimi, Şirvan şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 8-1(032)- 40/2022 saylı qərardadında müvəqqəti təminat tədbirlərinin 1 ay müddətinə müəyyən olunması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.4-cü maddəyə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun : 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə iş materiallarını araşdıraraq , qeyd olunanları nəzərə alıb, hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin (qeyri yaşayış obyekti) üzərinə Şirvan şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 8-1(032)-40/2022 saylı qərardadı ilə 1 (bir) ay müddətinə həbs qoyulmaqla müvəqqəti təminat tədbiri görüldüyündən və bununla da Şirvan şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 8-1(032)-40/2022 saylı qərardadı müvafiq olaraq 09 oktyabr 2022-ci il tarixdə qüvvədən düşdüyündən, bununla da qanuni qüvvədə olmayan qərardad əsasında əmlakın üzərindən həbsin götürülməsi mümkün olmadığından ərizə rədd edilməlidir. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrinə əsasən məhkəmə qərara aldı: Şirvan şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 8-1(032)-40/2022 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar