Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-57/2024 14.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-353/2011 saylı və Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2418/2017 saylı icra sənədlərinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)- 353/2011 saylı və Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2418/2017 saylı icra sənədlərinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-353/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2002-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2004-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 07 aprel 2011-ci il tarixdən başlayaraq icra sənədi uzrə borc Borclu hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 verilməlidir. Şirvan şəhər Məhkəməsinin 2(032)-2418 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi iə həmin məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən edilmişdir. Hər iki icra sənədi üzrə icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir. İcra sənədlərində göstərilən tələb könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi icra tədbirləri görülmüş, lakin Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir, həmçinin vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Borclu alimenti hər ay vaxtında ödəmədiyi üçün Şirvan şəhər Məhkəməsinin 2(032)-353/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə 7600 manat, 2(032)-2418 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə isə 8900 borcu yaranmışdır . Borclunun cəzaçəkmə müəssisəsində olduğu müddətdə 157,70 manat məbləğində pul tutularaq tələbkarın bank hesabına köçürülmüşdür. Beləliklə, Borclu hazırki vaxta olan aliment borcu 16342.30 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş təqdimat vermiş şəxs, tələbkar və borclu məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-353/2011 saylı icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 28 sentyabr 2002-ci il tarixdə anadan olmuş X8 və 01 yanvar 2004-cü il tarixdə anadan olmuş X7 adlı iki nəfər uşaq anaları X1 yanında qalmaları, 28 sentyabr 2002-ci il tarixdə anadan olmuş X6 və 01 yanvar 2004-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Borclu hər ay 100 (bir yüz manat sabit pul məbləğində aliment 07 aprel 2011-ci il tarixdən başlayaraq tutulması, X1 xeyrinə verilməsi qət olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2418/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-353/2011 saylı məhkəmə qətnaməsi ilə 28 sentyabr 2002-ci il tarixdə anadan olmuş X6 və 01 yanvar 2004-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz manat sabit pul məbləğində alimentd dəyişdirilərək artırılması, 28 sentyabr 2002-ci il tarixdə anadan olmuş X6 və 01 yanvar 2004-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün əvvəli Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2418/2017 saylı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Borclu hər ay bir uşaq üçün 100, cəmi 200 manat olmaqla sabit pul məblədində alimentin tutularaq, X3 verilməsi qət olunmuşdur. xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-353/2011 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2011-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-353/2011 saylı icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2418/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2418/2017 saylı icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-353/2011 saylı və Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)- 2418/2017 saylı icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır . Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-353/2011 saylı və Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2418/2017 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1981-ci ildə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-57/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-57/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver