Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-58/2024 20.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Mirtaleh Muradlının təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Mirtaleh Muradlı təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Vaz- 21074” minik markalı **-BJ- *** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1108/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 100 manat aliment alınaraq X1na verilməsi qət edilmişdir. Yaranmış aliment borcuna görə Şirvan şəhər Məhkəməsinin 8(032)-126/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu məxsus “VAZ-21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. X1 xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, aliment üzrə bu günə kimi yaranmış 9507 (doqquz min beş yüz yeddi) manat məbləğində borcu aldığını və Borclu barəsində tətbiq olunmuş bütün məcburi icra tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki; Şirvan şəhər Məhkəməsinin 2(032)-1108/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. Şirvan şəhər Məhkəməsinin 8(032)-126/2019 saylı, xx.xx.2019-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “VAZ-21074” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və borc həmin avtomobilə yönəldilməsi qərara alınmışdır. X5 tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Borclu Şirvan şəhər Məhkəməsinin 2(032)- 1108/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamə üzrə tələbkara olan 9507 manat aliment borcunu tam ödəmişdir. Bu səbəbdən də Borclu barəsində bütün məcburi icra tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2015-cü il tarixli qərarına əsasən İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrini rəhbər tutaraq icra sənədinin icrasına xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 8(032)-126/2019 saylı, xx.xx.2018-cu il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ-21074” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 8(032)-126/2019 saylı, xx.xx.2019-cu il qərardadı ilə Borclu məxsus “VAZ-21074” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-58/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-58/2024
20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver