Məhkəmə qərarları › İş №8(032)-6/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-6/2024

18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-6/2024 18.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1745/2016 saylı icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, borclu – xx.xx.1989-cu ildə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1745/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclular X3, Borclu və X1 24.916.21 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin, Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir, həmçinin müəyyən olunmuşdur ki, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Borclu hazırki vaxta 24705.14 ABŞ dolları məbləğində borcu vardır. xx.xx.2018-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişin borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu borcunu tam ödəməyərək tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə müvafiq qətnamənin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 təqdimatı müdafiə edərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1745/2016 saylı icra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin, Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir, həmçinin müəyyən olunmuşdur ki, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Borclu hazırki vaxta 24705.14 ABŞ dolları məbləğində borcu vardır. xx.xx.2018-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişin borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu borcunu tam ödəməmişdir. İcra məmuru təqdimatın təmin edilməsini xahiş etdi. İcra işi üzrə tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1745/2016 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, gecikdirilməyə görə hesablanmış 396,54 ABŞ dolları məbləğində penya 39,65 ABŞ dolları məbləğinədək azaldılması, iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 ilə bağlanmış 21 noyabr 2014-cü il tarixli 14021- 1/463291 saylı kredit müqaviləsi və kredit müqaviləsinin restrukturizasiyasına dair 19 may 2015-ci il tarixli razılaşmanın ləğv edilməsi, cavabdehlər X3, Borclu və X1 müştərək qaydada 22988,64 ABŞ dolları məbləğində əsas borc, 1887,92 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 39,65 ABŞ dolları məbləğində penya, cəmi 24916,21 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilməsi, cavabdehlər X3, Borclu və X1 müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-nə verilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və tələbkar "xxxx" ASC-nə icra sənədi üzrə 24705,14 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1745/2016 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1745/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1989-cu ildə Əli-Bayramlı (indiki ünvan 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar