Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-60/2023 15.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Tələbkar iştirakı ilə, Şirvan şəhəri üzrə İcra və X1 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)- 35/2023 nömrəli icra sənədinə əsasən Borclu barəsində məcburi gətirilmə barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-35/2023 nömrəli icra sənədinə əsasən Tələbkar övladı xx.xx.2020-ci il təvəllüdlü X2 ilk 1 ay anası Borclu iştirakı ilə hər həftənin bazar ertəsi günü saat 12:00-dan 15:00-dək, çərşənbə axşamı saat 15:00dan 17:00-dək, cümə axşam günləri 11:00-dan 13:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi icra vərəqəsinin icrası ilə əlaqədar Borclu məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı onunla əsaslanır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-35/2023 nömrəli icra sənədinə əsasən Tələbkar övladı xx.xx.2020-ci il təvəllüdlü X2 ilk 1 ay anası Borclu iştirakı ilə hər həftənin bazar ertəsi günü saat 12:00-dan 15:00-dək, çərşənbə axşamı saat 15:00-dan 17:00-dək, cümə axşam günləri 11:00-dan 13:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Borclu bildiriş göndərilsədə o, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə gəlmiş, lakin sonradan ona xəbərdarlıq göndərilsə də, telefon əlaqəsi saxlanılaraq Şöbəyə dəvət edilməsinə baxmayaraq, gəlməkdən yayınmışdır. Bununla da Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şirvan şəhər Məhkəməsinin 16(032)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması zərurəti yaranmışdır. Tələbkar məhkəmə iclasında iştirak edərək Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsini xahiş etdi. Borclu və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişi almasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barəsində heç bir məlumat verməmişdirlər. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat təmin edilməlidir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu”nun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdə üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq edilir. Beləliklə, məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, Şirvan şəhəri üzrə İcra və X1 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-35/2023 saylı icra sənədinə əsasən borclunun icra məmurunun yanına məcburi gətirilməsi barədə təqdimatı təmin edilməlidir. Yuxarda göstərilənlərə və "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-35/2023 saylı icra sənədinə əsasən borclu ünvan 1 ünvanında yaşayan Borclu Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şirvan Şəhər Polis Şöbəsinə tapşırılsın. Şikayət qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-60/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-60/2023
15.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver