Məhkəmə qərarları › İş №8(032)-62/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-62/2024

27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-62/2024 27.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi , Borclu , Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Borclu məxsus “Ford Transit” markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulması, tələbin həmin əmlakın üzərinə yönəldilməsi və üzərinə həsb qoyulmuş nəqliyyat vasitəsinin cərimə duracağında saxlanılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Qalib Şirinovun təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2435 saylı,xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə DCLT00379434-04 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2517 manat 99 qəpik, 158 manat 79 qəpik məbləğində cərimə peniya, 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2701 manat 78 qəpik məbləğində pul tutulmalıdır. İcra sənədini icra edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus ** BJ *** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını, tələbin həmin əmlakın üzərinə yönəldilməsini və avtomobilin cərimə duracağına yerləşdirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ- 2435 saylı,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 2676 manat 78 qəpik məbləğində, 25 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, borclu hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğini tam ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədilə “Elektron İcra” İnformasiya sistemindən çıxarışdan görünür ki, borclunun adına ** BJ *** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Məhkəmə iclasına icra məmuru gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2435 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcu hesabının üzərinə vergi tərəfindən sərəncam qoyulması ilə əlaqədar ödəyə bilmir. Belə ki, həmin hesab üzrə ödəniş edilərsə pul öncə sərəncama görə borcdan silinəcəkdir. Vaxt verilməsini, bu müddət ərzində icra sənədi üzrə borcu ödəyə biləcəyini bildirdi. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2435 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi Borclu borcu hesabı üzərinə qoyulmuş sərəncama görə ödəyə bilmədiyini bildirsə də, hesab edirik ki, borc başqa hesabla da ödənilə bilər. Eyni zamanda borclu hesabı üzərinə sərəncam götürüldüyü halda belə borcu birdəfəlik deyil, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Lakin tələbkar borcun hissə-hissə ödənilməsinə razı deyil, borcun tam ödənilməsini tələb edir. Təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun : 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İş materiallarında olan : Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2435 saylı, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Şirvan şəhər 1 saylı notarlat ofisinin xüsusi notariusu X1 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1005, ünvan 1 ünvanında yerləşən Tələbkar ASC-nin (Vöen:**********) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu (AA*******,xx.xx.2021 – Səyyar-Asan 3; FİN: xxxxxxx; d/t: xx.xx.1963) DCLT00379434-04 nömrəli müqaviləyə müddət üçün vaxtında ödənilməmiş 2517 manat 99 qəpik , 158 manat 79 qəpik məbləğində cərimə peniya, 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2701 manat 78 qəpik məbləğində nömrəli müqaviləyə əsasən pul tutulsun. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2435 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemində edilmiş sorğunun nəticəsinə əsasən , “Ford Transit” yük markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi Borclu mülkiyyətindədir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus “Ford Transit” yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoymaqla tələbin həmin əmlaka yönəldilməsi ilə məcburi icra tədbiri tətbiq olunmalı, təqdimat bu hissədə təmin edilməlidir . Borclu məxsus “Ford Transit” yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin DYP-nin cərimə meydançasına yerləşdirilməsi hissəsində isə təqdimat təmin edilməməlidir. Belə ki, Borclu məxsus “Ford Transit” yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin DYP-nin cərimə meydançasına yerləşdirilməsi həmin avtomobilin müəyyən müddət istifadəsiz qalmaqla texniki cəhətdən yararsız hala düşməsinə səbəb olduğuna görə məqsədə müvafiq hesab edilməməli, təqdimat bu hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb,hesab edir ki, Borclu məxsus “Ford Transit” yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2435 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələb həmin əmlaka yönəldilməli, bununla da təqdimat qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “Ford Transit” yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2435 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələb həmin əmlaka yönəldilsin. Qalan hissədə təqdimat təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar