Məhkəmə qərarları › İş №8(032)-64/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-64/2025

14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-64/2025 14.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X3 icra sənədinin qaytarılması haqqında Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən Borclu barəsində 8İ-32694 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilikdə 114 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Şöbənin icra sənədinin qaytarılması haqqında qərarı qanunsuz və əsassızdır. Həmçinin, icra məmuru borclunun banklarda hesabların olub-olmaması və hesabların mövcud olduğu halda orada pul vəsaitinin olub-olmamasını aydınlaşdırmamışdır. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurunun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissəhissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 114 manat təşkil etdiyini nəzərə alaraq hesab edirik ki, uzun müddətdə icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş X6 Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X3 elektron ərizə göndərərək şikayəti müdafiə etdiklərini, şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Borclu və icra məmuru məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 8İ-32694 saylı, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X2 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-i Vöen:********** xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu (AA 2419792, xx.xx.2020 – Şirvan; FİN: xxxxxxx; d/t: xx.xx.1984) müddət üçün vaxtında ödənilməmiş 46 manat 00 qəpik (qırx altı manat 0 qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Borclu 38 manat 00 qəpik (otuz səkkiz manat sıfır ) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 0 qəpik (beş manat sıfır) olmaqla cəmi 114 manat 00 qəpik (bir yüz on dörd manat sıfır qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-32694 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı həyata keçirilmiş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmadığından, əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyindən icra sənədinin qaytarılması qərara alınmışdır. İcra sənədinin qaytarılması haqqında qərar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin idarə heyətinə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun : 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunun tələbinə görə, icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə borclu barəsində icra məmuru tərəfindən görülmüş bütün tədbirlər nəticə vermədiyi hallarda icra sənədi qaytarıla bilər. İşin hallarından görünür ki, tələb edilən borcun məbləği cəmi 114 (bir yüz on dörd) manatdır. Məhkəmə hesab edir ki, icra məmuru qanunvericiliyin yuxarıda göstərilən tələblərini gözləmədən icra sənədini əsassız olaraq geri qaytarmışdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəmə iclasına gəlməmiş, həmçinin icra işinin məhkəməyə təqdim olunmasını təmin etməmişdir. Beləliklə təqdim edilmiş iş materiallarına əsasına məhkəmə müəyyən edir ki, icra qeydinin icrasını təmin etmək üçün icra qurumu borcluya məxsus əmlakın aşkar edilməsi üçün kifayət qədər tədbirlər görməmiş, eyni zamanda öz qərarını da əsaslandırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli , Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-32694 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-32694 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-32694 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar