Məhkəmə qərarları › İş №8(032)-66/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-66/2024

24.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-66/2024 24.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, X2 tərəfindən verilmiş Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 8- 1(032)-40/2022 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi tələbinə dair ərizəyə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-50/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası üçün Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 8-1(032)-40/2022 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-50/2023 saylı qətnaməsi ilə tərəflərin xx.xx.2012-ci il tarixdə AN ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdikləri, xx.xx.2021-ci il tarixdə X3 adına ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Şirvan şəhəri Tofiq İsmayılov küçəsi ev 10, 77 nömrəli mənzilə X1 3/14 hissədə, X3 isə 11/14 hissədə payı müəyyən edilməsi, qətnamənin aidiyyəti qurumlarda müvafiq qeydlər aparılması üçün əsas olması və 20 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq məhkəmə qətnaməsi və qərarı ilə təmin edilməmişdir. Bundan başqa, iddianın təmin tədbiri olaraq Şirvan Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 8-1(032)-40/2022 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən mənzilin (qeyri yaşayış obyekti) üzərinə 1 (bir) ay müddətinə həbs qoyulması qərara alınmışdır. Daha sonra mübahisə predmeti barəsində olan iddia tələbini 1 ay müddətində məhkəməyə veriləndən sonra, məhkəməyə vəsatətlə həbs müddətinə yenidən baxılması barədə Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 8-1(032)-40/2022 saylı qərardadı ilə vəsatət təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mənzilin (qeyri yaşayış obyekti) üzərinə həbs qoyulması qərara alınmışdır. Hal-hazırda Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(032)-50/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra vərəqi Şirvan şəhəri icra və probasiya şöbəsinin icraatındadır. İcra vərəqi aidiyyəti üzrə icra edilməsi üçün DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə göndərilmiş və həmin icra vərəqinin icrası mümkün olmamışdır. Ona görə ki, həmin əmlakın üzərinə 06 oktyabr 2022-ci il tarixli 8-1(032)-40/2022 saylı qərardadla həbs qoyulmuşdur. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsinə baxılmasının yeri və vaxtı barədə ərizəçiyə və cavabdehlərə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, ərizəçi elektron ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, ərizənin təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023cu il tarixli 2(032)- 50/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün 04 noyabr 2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icra sənədi payların müəyyən olunması hissəsində icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə göndərilmiş, həmin idarədən verilmiş şifahi cavaba görə əmlak üzərində həbs olduğundan icra sənədi payların müəyyən olunması hissəsində icra edilə bilmir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 8-1(032)-40/2022 saylı qərardadı ilə qoyulmuş həbs götürülməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 8-1(032)-40/2022 saylı qərardadının surətindən görünür ki, Şirvan şəhəri Tofiq İsmayılov küçəsi ev 10, 77 nömrəli mənzilin (qeyri-yaşayış obyekti) üzərinə həbs qoyulması qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-50/2023 saylı qətnaməsinə əsasən tərəflərin xx.xx.2012-ci il tarixdə AN ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdikləri, xx.xx.2021-ci il tarixdə X3 adına ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Şirvan şəhəri Tofiq İsmayılov küçəsi ev 10, 77 nömrəli mənzilə X1 3/14 hissədə, X3 isə 11/14 hissədə payın müəyyən edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-694/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(032)-50/2023 saylı qətnaməsi iddiaçı X1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3323/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının adıçəkilən 03 may 2023-cü il tarixli 2(106)-694/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1 və 157.2-ci maddələrinə görə maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 158-ci maddəsindən görünür ki, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək kimi müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. (158.1.2.). Habelə məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər (158.2). Məhkəmə qeyd edir ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. MPM-in 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Habelə məhkəmə diqqətə çatdırır ki, MPM-in 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Məhkəmə bildirir ki, MPM-in 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Göründüyü kimi, işdə olan Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 8- 1(032)-40/2022 saylı qərardadı ilə Şirvan şəhəri Tofiq İsmayılov küçəsi ev 10, 77 nömrəli mənzilin (qeyri-yaşayış obyekti) üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin müvəqqəti təminat tədbiri barədə qərardad müvəqqəti xarakter daşımaqla, ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkünsüzlüyü və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaq məqsədi güdmüşdür. Ancaq Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-50/2023 saylı qətnaməsinə əsasən tərəflərin xx.xx.2012-ci il tarixdə AN ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdikləri xx.xx.2021-ci il tarixdə X3 adına ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Şirvan şəhəri Tofiq İsmayılov küçəsi ev 10, 77 nömrəli mənzilə X1 3/14 hissədə, X3 isə 11/14 hissədə payın müəyyən edilməsi qət edilmiş, qanuni qüvvəsini aldıqdan sonra həmin icra sənədi icra olunması üçün 04 noyabr 2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi payların müəyyən olunması hissəsində icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.3-cü maddəsinin tələbindən də aşkar görünür ki, əmlakın üzərinə həbs qoyulması növündə hüququn məhdudlaşdırılması hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardan hesab olunur. Məhz bu səbəbdən də, mübahisəli əmlak üzərində həbs olduğundan icra sənədinin icra edilməsi çətinləşir. Bununla da, şəxslərin mülkiyyət hüququnun reallaşması mümkünsüz hala gəlir. Beləliklə, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alaraq icraya yönəldiyindən Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 8-1(032)-40/2022 saylı qərardadı ilə Şirvan şəhəri Tofiq İsmayılov küçəsi ev 10, 77 nömrəli mənzilin (qeyriyaşayış obyekti) üzərinə həbs qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 162, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 8-1(032)-40/2022 saylı qərardadı ilə Şirvan şəhəri Tofiq İsmayılov küçəsi ev 10, 77 nömrəli mənzilin (qeyri-yaşayış obyekti) üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar