Məhkəmə qərarları › İş №8(032)-68/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-68/2025

11.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-68/2025 11.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Cavid Məmmədlinin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 8i-20576 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən X1 BOKT "xxxx" MMC-nin xeyrinə 135 (bir yüz otuz beş) manat məbləğində pul tutulmalıdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Məmmədlinin 19 dekabr 2024-cü il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. X8 Kredit Təşkilatı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusunun 8i-20576 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Cavid Məmmədlinin xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv olunması və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən X4 barəsində 8İ-20576 saylı, 15 mart 2024-cü il tarixli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən X3 cəmiyyətin xeyrinə 135 (bir yüz otuz beş) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, ondan sonra icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edirlər ki, Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş icra tədbirləri nəticəsində borcludan tələbin yönələ biləcəyi əmlak və gəlirlər aşkar olunmamış, əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmişdir. Eyni zamanda borclunun yaşayış ünvanında əmlakına yerində baxış keçirilərək bu barədə müvafiq akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildirilir ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş X8 Kredit Təşkilatı "xxxx" MMC və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndələri məhkəməyə gəlməmiş, lakin, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi elektron ərizə göndərərək Şirvan şəhər İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və icra hərəkətlərinin həyata keçirilməsinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini, həmçinin, təyin olunacaq məhkəmə iclasını cəmiyyətin nümayəndəsinin iştirakı olmadan da keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusunun 8i-20576 saylı, xx.xx.2024-cü il tarixli icra qeydində qeyd edilmişdir ki, Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu X2 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-i VÖEN:********** xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan X1 (AZE 08419690, xx.xx.2011 – Şirvan; FİN: 1JY1Z5D; d/t: xx.xx.1975) müddət üçün vaxtında ödənilməmiş 57 manat (əlli yeddi) 50 (əlli) qəpik tutulsun. Bundan əlavə təklif edirəm borcludan X1 47 manat (qırx yeddi) 50 (əlli) qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat olmaqla, cəmi 135 manat (bir yüz otuz beş) manat pul tutulsun. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. xx.xx.2024-cü il tarixli icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərarın surətindən görünür ki, Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusunun 8i-20576 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı həyata keçirilmiş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamış, əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmişdir. Eyni zamanda borclunun yaşayış ünvanında əmlakına yerində baxış keçirilərək, bu barədə tərəflərindən müvafiq akt tərtib olunmuşdur. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8i-20576 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən X1 BOKT "xxxx" MMC-nin xeyrinə 135 manat məbləğində pul tutulmalıdır. İcra qeydi icra olunması üçün icra şöbəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə İcra şöbəsi tərəfindən icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusunun 8i-20576 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Məhkəmə hesab edir ki, icra məmuru qanunvericiliyin tələblərini gözləmədən icra sənədini əsassız olaraq geri qaytarmış, icra qeydinin icrasını təmin etmək üçün icra qurumu borcluya məxsus əmlakın aşkar edilməsi üçün kifayət qədər tədbirlər görməmiş, eyni zamanda öz qərarını da əsaslandırmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusunun 8i-20576 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Məmmədlinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar ləğv edildiyi halda icra tədbirləri icraata başlama haqqında qərar qəbul edildiyi vaxtdan davam etdirilir. Yəni qeyd edilən tədbirlərin həyata keçirilməsi ilə bağlı qanunvericilikdə müstəsna müddətlər müəyyən edilməmiş, həmçinin qanunvericiliyə əsasən bu hal tənzimlənməkdədir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Şirvan şəhəri üzrə İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusunun 8i-20576 saylı,xx.xx.2024cü il tarixli icra sənədi üzrə icra sənədinin qaytarılması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Məmmədlinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusunun 8i-20576 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar