Məhkəmə qərarları › İş №8(032)-73/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-73/2024

05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-73/2024 05.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi "xxxx" ASC Şirvan şəhər Məhkəməsinin 8(032)-102/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadına izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 8(032)-102/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X1 mülkiyyət hüququ ilə ona məxsus “Mercedes Benz 190” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması haqqında Şirvan şəhər Məhkəməsinin 8(032)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin əmlakın mühafizəsinin təmin olunması məqsədi ilə üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin cərimə duracağına yerləşdirilməsi üçün əsas olub-olmaması, qəbul edilmiş qərardadın icrası ilə əlaqədar icra məmurunun aidiyyəti orqanlara göstəriş vermək hüququnun olmasına dair izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şirvan şəhər Məhkəməsinin təqdim etdiyi 2(032)-102/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X1 mülkiyyət hüququ ilə məxsus olan “Mercedes Benz 190” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması, tələbin həmin əmlaka yönəldilməsi və onun cərimə duracağına yerləşdirilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmənin 8(032)- 55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təqdimat qismən təmin edilmiş, avtomobilin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Qeyd edilən qərardadın icrası ilə bağlı daxili işlər orqanlarına məxsus elektron informasiya sistemində həbs barədə qeyd aparılmış, lakin nəqliyyat vasitəsinin cərimə duracağına yerləşdirilməsi mümkün olmamışdır. Göstərilən hal məhkəmənin icra məmuru tərəfindən verilmiş təqdimatı nəqliyyat vasitəsinin cərimə duracağına yerləşdirilməsinə dair hissədə təmin etməməsi ilə əsaslandırılmışdır. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Həmçinin izahatında bildirmişdir ki, iş üzrə qəbul edilmiş qərardad avtomobilin üzərinə həbsin qoyulması hissəsində icra edilmişdir. Lakin üzərinə həbs qoyulmuş avtomobilin cərimə duracağına yerləşdirilməsi ilə bağlı tədbirlər aidiyyəti qurumlar tərəfindən icra edilmir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuruna məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən ərizəyə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 8(032)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına izah verilməsinə dair "xxxx" ASCnin ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-55/2024 nömrəli qərardadı ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatı qismən təmin edilmiş, X1 məxsus ** DP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir (230.1, 230.2, 230.3). Hazırda ərizəçi, Şirvan şəhər Məhkəməsinin 8(032)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin əmlakın mühafizəsinin təmin olunması məqsədi ilə üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin cərimə duracağına yerləşdirilməsi üçün əsas olubolmaması, qəbul edilmiş qərardadın icrası ilə əlaqədar icra məmurunun aidiyyəti orqanlara göstəriş vermək hüququnun olmasına dair izah verilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin və Plenum qərarından da göründüyü kimi qanunvericilik məhkəmə qətnaməsinin (hazırkı halda qərardadın) izahını aydın olmaması, ziddiyətli olması və dəqiq olmaması hallarının mövcud olacağı təqdirdə izah verilməsi ilə məhdudlaşdırmışdır. Başqa sözlə, məhkəmə aktının verilən izah həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ məhkəmə aktının məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. Məhkəmə xatırladır ki, iş üzrə verilmiş olan təqdimatda Şirvan şəhər Məhkəməsinin təqdim etdiyi 2(032)-102/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X1 mülkiyyət hüququ ilə məxsus olan “Mercedes Benz 190” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması, tələbin həmin əmlaka yönəldilməsi və onun cərimə duracağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunsa da, təqdimat qismən təmin edilərək, avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Həmçinin qərardadın əsaslandıcı hissəsində tələbin həmin əmlaka yönəldilməsi və onun cərimə duracağına yerləşdirilməsi proseduru ilə bağlı prosessual hərəkətlərin aparılması qaydası öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. İşin faktiki hallarından göründüyü kimi Şirvan şəhər Məhkəməsinin 8(032)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qanuni qüvvəsini almış, həmçinin iş üzrə tələbkarın vermiş olduğu izahatından müəyyən edilmişdir ki, qərardad icra edilmişdir. Mülki Prosessual Məcəllənin tələblərindən göründüyü kimi qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 8(032)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının izah edilməsinə dair "xxxx" ASC-nin ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şirvan şəhər Məhkəməsinin 8(032)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının izah edilməsinə dair "xxxx" ASC-nin ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar