Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-74/2025 21.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-598/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-598/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 2438,9 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-598/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 2438,9 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X2 icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmişdir. Borclu dəfələrlə müraciət edilməsinə baxmayaraq tələbkar "xxxx" ASC-nin xeyrinə borc məbləğindən heç bir ödəniş etməmiş və qalıq borcu 2468,90 manat təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “QAZ 33021” yük markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə Borclu adına qeydiyyata alınmış və onun mülkiyyətində olan “QAZ 33021” yük markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında təqdimatı müdafiə edərək təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)-598/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 2438,9 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş ”Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, ** BG *** dövlət qeydiyyat nişanlı “QAZ 33021” markalı avtomobili Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdim olunmuş sənədlərdən aydın olur ki,Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar borcluya qanunla nəzərdə tutulmuş qaydada bildirişlər,xəbərdarlıqlar göndərilmiş, lakin borclu tərəfindən icra sənədini icra etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə qərara aldı: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus “QAZ 33021” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №8(032)-74/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-74/2025
21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver