Məhkəmə qərarları › İş №8(032)-75/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-75/2023

10.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-75/2023 10.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Borclu, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1844/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədinə əsasən icra sənədində göstərilən tələblərin təmin edilməsi məqsədi ilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1844/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq 193 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Belə ki, iş üzrə Borclu icra sənədi üzrə hazırda 4632 manat məbləğində aliment borcu mövcuddur və o, ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana bilər, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, o hal-hazırda heç bir yerdə işləmir. İkinci qrup əlildir. 150 manat məbləğində pensiya alır. Ailədə valideynləri vəfat etmiş, qardaşı İsmayıl Almaniya Federasiyasında, bacısı isə Şəbnəm isə Rusiya Federasiyasında yaşayır. Aliment borcunu ödəməkdən imtina etmir. Maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmir. Bakı şəhərində kirayədə yaşadığından barəsində olan Axtarış qərarından məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir İş materiallarında olan Salyan rayon Məhkəməsinin 2(001)-1844/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədinə əsasən icra vərəqəsindən görünür ki, iddiaçı Abbasova (Zeynalova) Nərmin Həsrət qızı ilə cavabdeh Borclu arasında bağlanmış və 2 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 aprel 2020-ci il tarixdə 693 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 10 may 2021-ci il təvəllüdlü X3 iddiaçı Tələbkar yanında qalsın.0 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Aliment məbləği 17 sentyabr 2021-ci il tarixdən hesablansın. İş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin 11 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin 11 avqust 2022-ci il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 08 sentyabr 2023-cü il tarixli icra barədə xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1844/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 193 manat məbləğində aliment tutularaq X8 ödənilməlidir. Belə ki, Sizə edilmiş xəbərdarlıqlara və verilmiş bildirişlərə baxmayarq hal-hazırki vaxta qədər icra sənədində müəyyən edilmiş məbləği vaxtında ödəməmişsiniz. Odur ki, 4440 manat məbləğində borcu 10 gün müddətində ödəyib bu barədə ödəniş qəbzini Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təqdim etməyiniz tələb olunur. İş materiallarında Salyan rayon İcra və Probasiya şöbəsində verdiyi 28 sentyabr 2022-ci il tarixli və 16 fevral 2023-cü il tarixli izahatından görünür ki, aliment öhdəliyindən imtina etmir. Lakin maddi vəziyyəti ağır olduğu üçün 2316 manat aliment borcunu birdəfəlik ödəyə bilmir. Borcu hissə -hissə yəni 193 manat əsas puldan, 57 manat isə aliment borcundan hər ay ödəyə bilər. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 04 oktyabr 2023-cü il tarixli axtarış qərarından görünür ki, borclu xx xxxxxx 1996-cı ildə Salyan rayonu, Qaraçala ərazi qəsəbəsində anadan olmuş, Şirvan şəhəri.T.İsmayılov küçəsi ev 7, mənzil 3-də yaşayan Borclu barəsində axtarış elan edilməklə, qərar icra edilməsi üçün Şirvan şəhər Polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan Şirvan şəhər Polis şöbəsinin 01 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Borclu barəsində axtarış tədbirlərinin davam etdirilməsi qeyd edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx xxxxxx 1996-cı ildə Salyan rayonu, Qaraçala ərazi qəsəbəsində anadan olmuş, Şirvan şəhəri.T.İsmayılov küçəsi ev 7, mənzil 3-də yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar