Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-75/2025 23.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması, tələbin həmin əmlakın üzərinə yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin rəisi İlkin Rüstəmovun təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-418/2021 saylı icra vərəqəsinə əsasən Borclu 4872 manat 81 qəpik,30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4902 manat 81 qəpik məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədini icra edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək borclu X1 məxsus ** BA *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsinin və ** HB *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını və tələbin həmin əmlakın üzərinə yönəldilməsinini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-418/2021 saylı icra qeydinə əsasən Borclu 4872 manat 81 qəpik,30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4902 manat 81 qəpik məbləğində pul tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İcra tədbirləri zamanı Borclu adına ** BA *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı və ** HB *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitələrinin olduğu məlum olmuşdur. Məhkəmə iclasına borclu, tələbkar və icra məmuru gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun : 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İş materiallarında olan: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-418/2021 saylı icra vərəqəsindən görünür ki, Borclu 4872 manat 81 qəpik,30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4902 manat 81 qəpik məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədinin aidiyyatı üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-418/2021 saylı icra sənədi icra olunması üçün ərazi aidiyyəti üzrə Şirvan şəhər İcra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır . xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. “Elektron İcra” informasiya sistemində edilmiş sorğunun nəticəsinə əsasən, ** BA *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsi (istehsalat ili 2001) və ** HB *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsi (istehsalat ili 2004) Borclu mülkiyyətindədir. İnternet informasiya ehtiyatlarından əldə edilmiş məlumatlardan istehsalat ili 5000-6000 AZN arası, istehsalat ili 2004-cü il olan “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsinin orta bazar qiyməti isə 5000-6500 AZN arası müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus ** HB *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoymaqla tələbin həmin əmlaka yönəldilməsi ilə məcburi icra tədbiri tətbiq olunmalı, təqdimat bu hissədə təmin edilməlidir . Borclu məxsus ** BA *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması hissəsində isə təqdimat təmin edilməməlidir. Belə ki, Borclu məxsus ** HB *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoymaqla tələbin həmin əmlaka yönəldilməsi icra sənədi üzrə tələbi təmin etdiyindən və ** BA *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına zərurət olmadığından təqdimat bu hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb,hesab edir ki, Borclu məxsus ** HB *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(115)-418/2021 saylı icra sənədi üzrə tələb həmin əmlaka yönəldilməli, bununla da təqdimat qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus ** HB *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-418/2021 saylı icra sənədi üzrə tələb həmin əmlaka yönəldilsin. Qalan hissədə təqdimat təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-75/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-75/2025
23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver