Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-80/2025 06.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, X1 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli 2(032)-649/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X3 8153 manat və dövlət rüsumu kimi ödənilmiş 21 manat pulun alınaraq X5 verilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli 2(032)-649/2011 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2-(032)-649/2011 nömrəli "Qətnaməsi" ilə iddiaçı Tələbkar cavabdeh Quliyeva Samirə (hazırda adı Simurqdur) Afət qızına qarşı iddiası qismən təmin edilərək ondan 8.153,00 manat və 21.00 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İddiaçı ilə aralarında xx.xx.2010-cu il tarixdə 11 ay müddətinə olmaqla 6.700.00 ABS dollarının ondan borca götürməyinə dair "Kredit müqaviləsi bağlanılmışdır. Qeyd olunan "Kredit Müqaviləsi" Bakı şəhəri 38 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmişdir. Qeyd olunan müqavilənin 2-ci bəndinə əsasən, həmin məbləği 11-ci ayda, yəni xx.xx.2011-ci il tarixdə geri qaytarmalı idi. Lakin iddiaçı bu müddətə riayət etmədən vaxtından xeyli əvvəl onu məhkəməyə vermiş və onu haqsız olaraq ikiqat borclu vəziyyətə salmışdır. Həmin "Kredit Müqaviləsi"nin bağlanmasına isə real səbəb və təyinat onun iddiaçıdan mexanika sürətlər qutusu olan 1996-cı il buraxılış tarixli, qara rəngli “Hyundai Coupe" markalı, ** DN *** d.q.n avtomobili almağı və ayda 500 manat olmaqla ona hissə-hissə ödəniş etməyi ilə bağlı aralarında olan şifahi razılaşma olmuşdur. Maşın baş etibarnamə ilə ona aid olduğu üçün Elmar maşını mülki etibarnamə ilə ona vermişdir, həmin vaxtı özünün də sürücülük vəsiqəsi olmamışdır. İlkin ödəniş qismində o, Elmara 650,00 (altı yüz əlli) manat pul ödəmişdir. Daha sonra Elmardan maşını aldığı gündən 15 gün sonra maşının mühərrikində ciddi problemlər yaranmışdır. Məhz buna görə Elmara zəng etmiş və bu məlumatları ona bildirmişdir. Bundan sonra isə belə razılaşdılar ki, maşında yaranmış həmin xərci şəxsən özü ödəyəcək, amma həmin ödəniş sonra tərəfindən ona ödənilməli olan məbləğdən çıxılacaq. Maşın 20 gündən sonra hazır oldu və həmin 1.450,00 (min dörd yüz ǝlli) manat məbləği ustaya ödədi. Qeyd olunan ilkin ödəniş qismində olan 650,00 (altı vüz alli) manat məbləği və maşındakı nasazlıqlara görə usta xərci olan 1.450,00 (min dörd yüz ǝlli) manat məbləği ustaya ödəyəndə həmin vaxtı Günəş adlı tanışı da yanında olmuşdur. Bütün bunlara baxmayaraq səhəri günü maşını idarə etmək üçün maşını saxladığı yerǝ gələndə gördü ki, maşını oğurlayıblar. Dərhal 102-yə zəng edərək polisə şikayət etdi. Sonra Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsindən çağırıldı və maşının Elmar tərəfindən oğurlanıldığı bildirildi. Elmanın maşını oğurlamasının səbəbi isə ona ödənişləri etməməyi əsas gətirildi. Ardınca avtoqǝza etdikdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində ona etibarnamənin ləğv olunması bildirilmişdir. Məsələni aydınlaşdırmaq üçün Elmarla əlaqə saxladı və o bildirdi ki, həbs qoyuldugu üçün iş gəlib bu həddə çatıb, bu məsəlǝ onluq deyil, o, etmayib." Daha sonra bu iş hələ polisdə olduğu halda Şirvan şəhər İcra Şöbəsinin Dəyanət adlı icra mə muru digər iştirakı ilə maşını onlara tahvil verdikdə mənim tərəfimdən maşına ödənilmiş pulların, yəni cəmi 2.450,00 (iki min dörd yüz alli) manatın hal-hazırda maşına vurulan ziyanla əvəz ediləcəyi halda bildirildi. Müəyyən bir müddətdan sonra onu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə çağırdılar və orada maşına vurulmuş ziyanın ödənilməsi istənildi. Mən isə bunun cavabında dedim ki, "mən ziyanı o halda odyǝrǝm ki, maşın mənim özümə geri qaytarılsın, əks təqdirdə ödənişi qəbul etmirəm." Çünki həmin vaxtı o maşının ümumi dəyəri 4.000,00 manat idi. Sadəcə olaraq kreditlə götürdüyünə görə 1.226,00 manat əlavə ödəyəcəkdi və orada da bildirdi ki, maşının ümumi dəyəri heç 5.000,00 manat deyil. Tərəfindən Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borcun hissə-hissə ödənilməsi barədə ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu tərəfin izahatını, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa müvafiq olaraq, möhlət verilməsi qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunduqdan sonra birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icra qaydasının dəyişdirilməsi məsələsinə baxmağa haqlıdır. Məhkəmə X1 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 saylı qətnaməsinin hissə-hissə icra edilməsi hissəsinə münasibətdə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı halların sübuta yetirilmədiyini, həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, həmçinin borclu tərəfindən borcun hissə-hissə icra edilməsi barədə ərizəsində qeyri-müəyyən müddətdə ödənilməsi, icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə almaqla ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-649/2011 saylı qətnaməsinin 28 ay müddətinə olmaqla aylıq 300 manatdan az olmayaraq ödənişlər etməklə hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №8(032)-80/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-80/2025
06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver