Məhkəmə qərarları › İş №8(032)-81/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-81/2024

06.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-81/2024 06.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , Şirvan şəhər Məhkəməsinin 2(032)-166/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, borclu - xx.xx.1981-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir . Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 166/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Borclu 2 (iki) uşağıın saxlanılmasından ötəri hər ay 210 (iki yüz on) manat məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə Borclu edilmiş xəbərdarlıqlara baxmayaraq alimenti ödəmir və hazırda 14490 (on dörd min dörd yüz doxsan) manat aliment borcu yaranmışdır. İcra sənədi üzrə aliment borcunu və alimenti ödəməkdən yayındığı üçün, ehtimal olunur ki iş üzrə Borclu hər an ölkə hüdudundan kənara çıxa bilər bu da göstərilən icra vərəqəsinin icrasına mane olar. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatı müdafiə edərək bildirdi ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-166/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsinə əsasən Borclu uşağların saxlanılmasından ötrü hər ay 210 manat məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Həmin vaxtdan bəri alimentlə bağlı ödəniş olunmamışdır. Hazırda 14490 manat aliment borcu yaranmışdır. İcra sənədi üzrə Borclu edilmiş xəbərdarlıqlara baxmayaraq alimenti ödəməmişdir. Borclu aliment üzrə borcu ödəmək iqtidarında olmadığını bildirmişdir. İcra sənədi üzrə aliment borcunun yüksək olmasına əsasən ehtimal olunur ki, iş üzrə borclu hər an ölkə hüdudundan kənara çıxa bilər bu da göstərilən icra vərəqəsinin icrasına mane olar. Bu səbəbdən də, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək bildirdi ki, O, Rusiya federsiyasında işlədiyi müddətdə Borclu ona xəyanət etmiş və başqasına qoşulub uşaqları ataraq getmişdir. Sonradan rəsmi şəkildə nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və aliment müəyyən olunmuşdur. O, alimentdən imtina etmişdir ki, özü övladlarını saxlayacaqdır. Lakin borclu ona imkan vermir, yaşadığı evə hücum çəkir ona məxsus evdən yaşamaq hüququ istəyir və bu barədə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də alimentlə bağlı yığılmış borcun ödənilməsini tələb edir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. İcra işi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-166/2019 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh X1 xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2002-ci ildə anadan olmuş X2,xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 70 manat,cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq uşaqların ataları Tələbkar verilsin. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır . Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)-400/2024 saylı qərarın surətindən görünür ki, inzibati xəta törətmiş Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və tələbkar Borclu icra sənədi üzrə 14490 (on dörd min dörd yüz doxsan) məbləğində borcu vardır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-166/2019 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-166/2019 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1981-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın . Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar