Məhkəmə qərarları › İş №8(032)-82/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-82/2024

27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-82/2024 27.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Səfa Həsənovanın təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Səfa Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “QAZ 3307” minik markalı **-UN- *** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu, X1 və X2 müştərək qaydada 7332.71 manat əsas, 322.85 manat faiz, 1712,66 manat cərimə borcu, cəmi 9368.22 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Tələb Borclu məxsus dövlət qeydiyyat nişanı **-UN-*** olan “QAZ 3307” xüsusi təyinat markalı avtomobilə yönəldilməsi və avtomobilin satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi qət olunmuşdur. İş üzrə Borclu təqdim etdiyi ödəniş qəbzi və tələbkar "xxxx" ASC-nin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3205 saylı məktub əsasında borcunun tam şəkildə ödənildiyini bildirməklə icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və üzərinə həbs qoyulmuş dövlət qeydiyyat nişanı **-UN-*** olan “QAZ 3307” xüsusi təyinat markalı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki; Hacıqabul rayon Məhkəməsinin 2(071)-467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu, X1 və X2 müştərək qaydada 7332.71 manat əsas, 322.85 manat faiz, 1712,66 manat cərimə borcu, cəmi 9368.22 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilməlidir. Şirvan şəhər Məhkəməsinin 8(032)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “QAZ 3307 xüsusi təyinat” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. "xxxx" ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu Əsgərov X3 rayon Məhkəməsinin 2(071)-467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə heç bir öhdəliyi qalmamışdır. İcra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-467/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 8(032)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus “QAZ 3307 xüsusi təyinat” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 8(032)-53/2024 saylı, xx.xx.2024-cü il qərardadı ilə Borclu məxsus “QAZ 3307 xüsusi təyinat” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar