Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-82/2025 30.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, X1 iştirakı ilə, X3 məxsus nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə X1 ərizəsinə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin 8(032)- 23/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilərək, mülkiyyətində olan “Naz Lifan LF7161A-521i” minik markalı, 99 El 856 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-952/2014 saylı qətnaməsinin icrasına dair 18 avqust 2014-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında Şirvan şəhər Məhkəməsinin 8(032)-23/2015 saylı 30 mart 2015-ci il tarixli qərardad qəbul edilməklə, mülkiyyətində olan “Naz Lifan LF7161A-521i” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və borc həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-952/2014 saylı qətnaməsi DSMF-nun Şirvan şəhər Şöbəsi tərəfindən ona ödənilən pensiya məbləğindən tutulmaqla icra edilmişdir. Qeyd edilən qətnamənin icra edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubu Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərar qəbul edilməklə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Lakin qətnamənin icra edilməsinə baxmayaraq, mülkiyyətində olan “Naz Lifan LF7161A-521i” minik markalı, **-EL-*** dovlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməmişdir. Hazırda əmlakının üzərinə qoyulmuş həbs növündə məhdudiyyətin götürülməsi zərurəti vardır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-952/2014 saylı qətnaməsi icra edildiyindən Şirvan şəhər Məhkəməsinin 30 mart 2015-ci il tarixli 8(032)-23/2015 saylı qərardadının ləğv edilməsi zəruridir. Məhkəmə iclasında ərizə vermiş şəxs X4 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-952/2014 saylı qətnaməsinin icrasına dair 18 avqust 2014-cü il tarixli icra vərəqəsinə əsasən onun mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında Şirvan şəhər Məhkəməsinin 8(032)-23/2015 saylı 30 mart 2015-ci il tarixli qərardad qəbul edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-952/2014 saylı qətnaməsinin icrasına dair 18 avqust 2014-cü il tarixli icra vərəqəsi icra edilmişdir. Lakin mülkiyyətində olan “Naz Lifan LF7161A-521i” minik markalı, **-EL-*** dovlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməmişdir. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizə vermiş şəxsin izahatını dinləyib, ərizəni, ona əlavə edilmiş sənədləri işini araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 8(032)-23/2015 saylı qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş, X3 məxsus “Naz Lifan LF7161A-521i” minik markalı, 99 El 856 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmaqla , borcun həmin əmlaka yönədilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan tələb borclu X4 tərəfindən tam şəkildə təmin olunduğundan Şirvan şəhər Məhkəməsinin 2(032)-952/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-952/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə tələb icra edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. MPM-in 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun : 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə iş materiallarını və təqdimatı araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli və Şirvan Şəhər Məhkəməsinin 8(032)-23/2015 saylı, xx.xx.2015-ci il tarixli qəradadı əsasən X3 məxsus “Naz Lifan LF7161A-521i minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülməli, ərizə bu hissədə təmin edilməlidir. Şirvan Şəhər Məhkəməsinin 8(032)-23/2015 saylı, xx.xx.2015-ci il tarixli qəradadının ləğv edilməsi məsələsi məsələsinə baxılması həmin qərardaddan qanunla nəzərdə tutulmuş müddət ərzində müvafiq məhkəməyə şikayət verilməsi yolu ilə həll edildiyindən məhkəmə hesab edir ki, ərizə bu hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 263-264-cü və 266-269-cu maddələrinə əsasən məhkəmə qəraraaldı: Ərizə qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 8(032)-23/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə borclu X3 məxsus “Naz Lifan LF7161A-521i minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qalan hissədə ərizə təmin edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-82/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-82/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver