Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-83/2023 18.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Şirvan şəhəri üzrə İcra və X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-62/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-62/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, Samux rayon Məhkəməsinin 2(058)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. İş üzrə Borclu icra sənədi üzrə hazırda 2040 manat məbləğində aliment borcu mövcuddur və o, ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana bilər, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Samux rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(058)-62/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barəsində heç bir məlumat verməmişdirlər. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, məhkəmə iclasını Borclu və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirməsi mümkündür. Məhkəmə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdim etdiyi sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki,icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmiş, Borclu tələblərin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq icra sənədini tam icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-62/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Yuxarda göstərilənlərə və "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-62/2023 nömrəli icra sənədinə əsasən ünvan 1 ünvanında yaşayan, xx.xx.2001-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-83/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-83/2023
18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver