Məhkəmə qərarları › İş №8(032)-83/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-83/2024

30.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-83/2024 30.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , Şirvan şəhər Məhkəməsinin 2(032)-1355/2020 saylı, xx.xx.2020-ci il tarixli qəradadına əsasən Borclu Maşalla oğlunun mülkiyyətində olan “Vaz 21060” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şirvan şəhər Məhkəməsinin 2(032)-1355/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Şirvan şəhər İcra şöbəsinin təqdimatı təmin edilmiş, Borclu Maşalla oğluna məxsus “Vaz 21060” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Rover 400” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimat ilə məhkəməyə müraciət edərək Borclu Maşalla oğluna məxsus “Vaz 21060” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Rover 400” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1355/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu Maşalla oğlundan və X1 müştərək qaydada cəmi 7827.76 manat pul tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Tutma Borclu Maşalla oğlunun mülkiyyətində olan “VAZ 21060” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “Rover 400” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilmişdir. Belə ki, iş üzrə Tələbkar ASC 37838 saylı, xx.xx.2024-cü il tarixli ərizə ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə müraciət edərək borcluların bank qarşısında heç bir öhdəlikləri qalmadığından Şirvan şəhər Məhkəməsinin 2(032)-1355/2020 saylı, xx.xx.2020-ci il tarixli icra işinə xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş təqdimat vermiş şəxs, tələbkar və borclu məhkəməyə gəlməmişlər, Tələbkar ASC-nin nümayəndəsi Əliabbas Şamilov elektron ərizə göndərərək borclu tərəfindən borcun bağlandığını, təqdimatın təmin edilməsinə etiraz etmədiklərini bildirmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Şirvan şəhər Məhkəməsinin 2(032)-1355/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu Maşalla oğlu ilə Tələbkar ASC-nin Şirvan filialı arasında bağlanmış 021CASA192680015 saylı, 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Borclu Maşalla oğlundan və X1 7085 manat 99 qəpik məbləğində əsas borc, 699 manat 26 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 12 manat 51 qəpik məbləğində cərimə borcu, cəmi 7797 manat 76 qəpik məbləğində pul alınaraq iddiaçı Tələbkar ASC-nə verilməsi, cavabdehlər Borclu Maşalla oğlundan və X1 dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar ASC-yə verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1355/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizə qismən təmin edilməsi, Borclu Maşalla oğluna məxsus olan “Vaz 21060” markalı “18 BE596” dövlət qeydiyyat nişanlı və “Rover 400” minik markalı “** BE ***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması, qalan hissədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1355/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Beləliklə məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq belə qənaətə gəlmişdir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına əsasən borclu tərəfindən icra vərəqəsi üzrə ödənilməli olan borc məbləği tam ödənildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən Şirvan şəhər Məhkəməsinin 2(032)-1355/2020 saylı, xx.xx.2020-ci il tarixli qəradadına əsasən Borclu Maşalla oğluna məxsus olan “ Vaz 21060 “ markalı “18 BE596” dövlət qeydiyyat nişanlı və “Rover 400” minik markalı “** BE ***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməli, bununla da təqdimat təmin olunmalıdır. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269cu maddələrinə əsasən q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-1355/2020 saylı, xx.xx.2020-ci il tarixli qəradadına əsasən Borclu Maşalla oğluna məxsus olan “Vaz 21060 “ markalı “18 BE596” dövlət qeydiyyat nişanlı və “Rover 400” minik markalı “** BE ***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar