Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-83/2025 29.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-570/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-570/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu müştərək qaydada 520,55 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-570/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclular X2 və Borclu müştərək qaydada 520,55 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclular X2 və Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “Vaz 2101” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Artıq 9 ildən artıq müddətdir ki, iş üzrə borclular icra sənədində göstərilən tələbi qərəzli olaraq icra etməkdən yayınırlar. İcra sənədi üzrə icra məmurunun çağırışlarından yayınaraq tələbi onlara verilmiş müddətlərdə icra etməmişdirlər. X2 və X1 borcu 520,55 manat olaraq qalmaqdadır. Bu səbəbdn də məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaranmışdır. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə Borclu adına qeydiyyata alınmış və onun mülkiyyətində olan “Vaz 2101” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi məhkəməyə ərizə ünvanlayaraq borclular tərəfindən borc tam şəkildə ödənildiyindən təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra şöbəsinin ərizəsini araşdırıb hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı baxılmamış saxlanılsın, təqdimat və ona əlavə edilmiş sənədlər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №8(032)-83/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-83/2025
29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver