Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-84/2025 15.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şikayətçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şikayətçi "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinin e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayətçi "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-7607 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2 cəmi 2033.38 manat pul vəsaiti tutulmalı və "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin Şirvan şəhər Məhkəməsi tərəfindən təqdim edilmiş e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X2 cəmi 17348.39 manat pul vəsaiti tutulmalı və "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Hər iki icra sənədi hazırda Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatındadır və qeyd edilənlərdən savayı X3 borclu olduğu icra sənədi mövcud deyildir. Şirvan şəhər İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 290670 nömrəli məktubuna əsasən tələb üzrə borclunun əmək haqqının 50%-i həcmində vaxtaşırı tutulmaların aparılması üçün birinci icra sənədi onun iş yerinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə heç bir qanuni əsas olmadan həmin tələb üzrə tutulma faizi 25%-ə endirilmiş, lakin bu barədə tələbkar tərəf olaraq məlumatlandırılmamışdır. Bundan əlavə Şirvan şəhər Məhkəməsi tərəfindən təqdim edilmiş e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası üçün heç bir prosessual hərəkət aparılmamış, tələbkar qismində çıxış etdikləri hər iki icra sənədinin paralel icrası mümkün ola biləcəyi halda bu istiqamətdə hərəkətsizlik göstərilmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatında borclu X3 həm Şirvan şəhər 1 saylı notariat ofisi tərəfində verilmiş 8İ-7607 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi, həm də Şirvan şəhər Məhkəməsinin e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra tədbirləri həyata keçirilir. Şirvan şəhər 1 saylı notariat ofisi tərəfində verilmiş 8İ-7607 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun əmək haqqının 20 % həcmində tutma yönəldilmişdir. Digər icra sənədi üzrə isə əmək haqqına yönəldilmə həyata keçirilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şirvan şəhər Məhkəməsinin e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair "xxxx" ASC-nin şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin e-2(032)- 126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh X2 xx.xx.2023-cü il tarixli - CC/72006/91/26 saylı kredit sazişi üzrə 15567 (on beş min beş yüz altmış yeddi) manat 61 (altmış bir) qəpik, 1731 (min yeddi yüz otuz bir) manat 18 (on səkkiz) qəpik faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 17348 (on yeddi min üç yüz qırx səkkiz) manat 79 (yetmiş doqquz) qəpik pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. İş materiallarında olan Şirvan şəhər 1 saylı notariat ofisi tərəfində verilmiş 8İ-7607 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2 "xxxx" ASC-nin xeyrinə 2033.38 manat pul vəsaiti tutulmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 145/2024/ŞRF nömrəli təklifində qeyd edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu X2 ümumilikdə 17348.79 manat tutulmalı və "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tərəflərindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, borclu hazırda işləməklə gəlir əldə edir. Onun cari tarix üçün qalıq borcu 17348.79 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.1ci maddəsinin tələbini rəhbər tutub icra sənədini borclunun əmək haqqından (digər gəlirlərindən) birdəfəlik və ya vaxtaşırı tutulmaların aparılması üçün onun iş yerinə göndərməyinizi və həmin Qanunun 24.2-ci maddəsinə əsasən gələcəkdə icra vəziyyətini yoxlamağınızı təklif edirik. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin e62328/2025-10-24-004 nömrəli icra işinin materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarxdə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin e62328/2025-10-24-004 nömrəli icra işinin materiallarından göründüyü kimi icra sənədi üzrə borcluya tələbin könüllü icrası barədə bildiriş ünvanlanmış və həmin bildiriş xx.xx.2025-ci il tarixdə borclu tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin e62328/2025-10-24-004 nömrəli icra işinin materiallarından görünür ki, Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-7607 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2 "xxxx" ASC-nin xeyrinə 2033.38 manat pul vəsaiti tutulmalıdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-7607 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin e62328/2025-10-24-004 nömrəli icra işinin materiallarından göründüyü kimi icra sənədi üzrə borcluya tələbin könüllü icrası barədə bildiriş ünvanlanmış və həmin bildiriş xx.xx.2024-cü il tarixdə borclu tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli 290670/10-16 nömrəli məktubda qeyd edilmişdir ki, Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş 8İ-7607 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 2033.38 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra zamanı məlum olmuşdur ki, borclu X5 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyində işləyir. Odur ki, 1635.38 manat məbləğində pul tam ödənilənə qədər borclu X3 hər ay əmək haqqından 20% tutub tələbkar "xxxx" ASC-nin hesabına ödəyəsiniz. Əlavə olaraq 142,33 manat məbləğində 07% icra ödənişi tam ödənilənə qədər borclu X3 hər ay əmək haqqının 5% tutulub Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hesabına köçürülməsinə göstəriş verilməsi xahiş olunur. “İcra işi üzrə elektron məlumat portalı”ndan görünür ki, X5 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini işləyir və əmək haqqı 785 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə cavabdeh X2 17348,79 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunan icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə "xxxx" ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə məktub ünvanlanaraq icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X3 əmək haqqısına yönəldilməsi xahiş olunmuşdur. Lakin icra işinin materiallarında və məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmurunun vermiş olduğu izahatında borclunun əmək haqqına tutmanın yönəldilməsi halı aşkar edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-7607 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2 "xxxx" ASC-nin xeyrinə 2033.38 manat pul vəsaiti tutulmalıdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə məktub ünvanlayaraq borclu X3 hər ay əmək haqqından 20% tutulub tələbkar "xxxx" ASCnin hesabına ödənilməsi tələb olunmuşdur. Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-7607 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məsqsədilə X3 əmək haqqının 20%-nə tutma yönəldilmişdir. Eyni zamanda məhkəmə araşdırması müəyyən olundu ki, X5 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini işləyir və əmək haqqı 785 manat əmək haqqı alır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi hesab edirilir. “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məhmurunun hərəkətsizliyi ilə bağlı şikayətlə Şirvan şəhər Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Şikayətçinin tələbin borclu X3 əmək haqqısına yönəldilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi hissəsinə münasibətədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən məcburi icra tədbiri olaraq tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilir. İşin faktiki halarından göründüyü kimi X5 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini işləyir və əmək haqqı 785 manat əmək haqqı alır. Göründüyü kimi “İcra Haqqında” Qanunun tələblərinə əsasən icra sənədinin icra edilməsi ilə bağlı borcun yönəldilə biləcək əmlak və gəlirlərin siyahısı müəyyən edilmişdir. İşin hallarından da göründüyü kimi icra sənədi üzrə borclu əmək haqqı alır və qanunvericilikdə borcun əmək haqqına yönəldilməsi ilə bağlı məhdudiyyət qoyumamışdır. Eyni zamanda şikayətə əlavə edilmiş olan Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin "xxxx" ASC-yə ünvanlanmış məktubunda X3 əmək haqqı aldığı qeyd ediləsə də, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual tədbirlər icra edilməmişdir. Halbuki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurlarının vəzifəsidir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. İşin faktiki hallarından göründüyü kimi icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən icraata qəbul edilmiş, borcluya könüllü icra ilə bağlı məktub təqdim edilmiş və qanunvericiliklə könüllü icra üçün müəyyən edilmiş müddət ərizində borclu tərəfində icra sənədi icra edilməmişdir. Eyni zamanda məhkəmə xatırladır ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş icra işinin materiallarından göründüyü kimi borclu X3 iki icra sənədi mövcuddur və onlardan yalnız birinə münasibətdə əmək haqqının 20%-i həcmində yönəldilmə halı mövcuddur. Azərbaycan Respublikası “İcra haqqında” Qanununvericiliyin tələblərindən göründüyü kimi borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinin 50 faizinədək yönəldilməsi isitisna edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin e- 2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinin e-2(032)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyi qanunsuz hesab edilsin. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-84/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-84/2025
15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver