Məhkəmə qərarları › İş №8(032)-86/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-86/2023

06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-86/2023 06.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Borclu, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-189/2023 saylı, 14 mart 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-189/2023 saylı, 14 mart 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1990-cı il təvəllüdlü, Şirvan şəhəri, Energetik küçəsi 5 saylı evin 16 nömrəli mənzilinində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 189/2023 saylı, 14 mart 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 23 yanvar 2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 ödənilməlidir. Belə ki, iş üzrə Borclu icra sənədi üzrə hazırda 640 manat məbləğində aliment borcu mövcuddur, onun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana bilər, bu da öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, icra vərəqəsinin icrasından yayınmır və vaxtaşırı ödənişlər edir. Sonuncu dəfə 100 manat məbləğində tələbkara ödəniş etdiyini (özünə təqdim etdiyini) bildirərək məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şirvan şəhər Məhkəməsinin 2(032)-189/2023 saylı, 14 mart 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu 23 yanvar 2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 ödənilməlidir. xx.xx.2023-cü il tarixli, e63318/2023-10-23-003 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu bildirişi imza etməklə almışdır. Ödəniş qəbzlərinin surətindən görünür ki, Borclu tərəfindən tələbkar X3 xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu tərəfindən tələbkara hazırda 100 manat ödəniş edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-189/2023 saylı, 14 mart 2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu tərəfindən müəyyən ödənişlər həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir . Məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-189/2023 saylı, 14 mart 2023-cü il tarixli icra sənədi üzrə könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən müəyyən ödənişlər edildiyini və onun borcu ödəməkdə maraqlı olduğunu nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: xx.xx.1990-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri, Energetik küçəsi 5 saylı evin 16 nömrəli mənzilində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar