Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-87/2024 18.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, X1 və nümayəndəsi-vəkili Nümayəndə, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X9 iştirakları ilə, Şirvan şəhər üzrə İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 2(032)-604/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqi üzrə icra məmurunun qəbul etdiyi qərarın ləğv edilməsi, həmin iş üzrə icra vərəqəsinin yenidən icra edilməsinə dair ərizəçi X12 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 604/2023 saylı icra sənədinin qaytarılması haqqında Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Cavid Abbasovun xx.xx.2024-cü il tarixli qərarından ərizə verərək həmin qərarın ləğv edilərək, yenidən icra edilməsi üçün Şirvan şəhər İcra və probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin qətnaməsinə əsasən X17 ilə nikah akt qeydləri pozulmuşdur. Nikah akt qeydi Şirvan şəhər Məhkəməsində pozulmamışdan əvvəl 06 aprel 2022-ci il tarixdə mediatorun iştirakı ilə barışıq sazişi imzalamışdır. Həmin barışıq sazişinin 2.1-ci bəndinin tələbinə görə X17 birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 ananın himayəsində yaşamasına razılıq verir və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayın 30-na qədər 100 manat məbləğində alimenti Aynurə Həsənova ödəməyə dair üzərinə öhdəlik götürür. Səbuhi Piriyev aralarında olan şifahi razılaşmaya əsasən mütəmadi olaraq azyaşlı Yaqub Piriyevlə görüşərək onunla ünsiyyət saxlamışdır. Sonuncu dəfə isə X30 Piriyevlə görüşüb onunla ünsiyyət saxladıqdan sonra X13ytarmamışdır. Bütün bunlardan sonra ərizə ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək mediasiya prosesi nəticəsində cavabdeh X17 ilə aralarında bağlanmış 06 aprel 2022-ci il tarixli, MŞİH 16334 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X17 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda barışıq sazişinin təsdiq edilməsinə yəni, xx.xx.2018-ci il təvəllüdlü X10 anasının himayəsində saxlanılmasına, alimentin ödənilməsinə və ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Daha sonra Şirvan şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(032) 604/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X17 ilə X5 rəsmi nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 X6 himayəsində yaşamasına və onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 30-na qədər 100 manat məbləğində alimentin X17 tərəfindən X7 verilməsinə dair öhdəlik götürməsi barədə 06 aprel 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Şirvan şəhər icra şöbəsinə göndərilmiş və həmin icra şöbəsində icra vərəqəsi icra edilmişdir. Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən həmin qətnamə tam icra edilmədən, xx.xx.2024-cü il tarixdə Şirvan Şəhər məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(032)-604/2023 saylı icra sənədinə xitam verərək qərar qəbul etmişdir. Bütün bunlardan sonra X17 himayəsində olan xx.xx.2018- ci il təvəllüdlü X18 ilə müvəqqəti görüş almış və həmin görüşləri icra məmurunun tələbi əsasında vaxtı-vaxtında icra edilmişdir. Lakin sonuncu dəfə uşaq ilə müvəqqəti ünsiyyət tələbi barədə Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(032)-53/2024 saylı qərardadı əsasında verilmiş hər həftənin cümə axşamı, cümə və şənbə günləri saat 10:00dan 13:00-a dǝk görüş vaxtı müəyyən edilməsi barədə qərarın icrası zamanı, Şirvan şəhəri, F. Eynullayev küçəsi, ev 3, mənzil 9-da qeydiyyatda olan, hal-hazırda Şirvan şəhəri, Xəqani küçəsi, ev 31, mənzil 18-də yaşayan X17 məhkəmənin qətnaməsi əsasında himayəsinə verilmiş xx.xx.2018-ci il təvəllüdlü X14 xx.xx.2024-cü il tarixdə yaşadığı Hacıqabul şəhəri, V.Talıbov küçəsi, ev 28-dən götürərək bir daha geri qaytarmamışdır. Daha sonra etdiyi çoxsaylı şikayətlərdən sonra Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən X17 barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edib, baxılması üçün Şirvan şəhər Məhkəməsinə vermişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-748/2024 saylı qərarla X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında X2nın nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X19 məhkəmə iclasında iştirak edərək ərizənin əsassız olduğunu, X2nın müraciəti ilə icraata xitam verildiyini və ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şirvan şəhəri mediator X23 iştirakı ilə tərtib olunmuş X17 ilə X5 arasında bağlanmış birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 X6 himayəsində yaşamasına və onun yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ayın 30-na qədər 100 manat məbləğində alimentin X17 tərəfindən X7 verilməsinə dair öhdəlik götürməsi barədə 06 aprel 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-371/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X4 cavabdeh X15 qarşı aliment məbləğinin artırılması (dəyişdirilməsi) tələbinə dair iddia təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında cavabdeh X8 iddiaçı X4 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X8 iddiaçı X4 xeyrinə hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X2 şöbəyə ərizə ilə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-371/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin dəyişdirildiyini bildirmiş və cavabdehin ona aliment borcu olmadığını Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyindən icra sənədinə xitam verilmişdir. İş materiallarında olan X1 Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 604/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X8 hər ay bir uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qərara alınmışdır. Göstərilən icra sənədi üzrə borclu X17 ona aliment borcunu qaytarmışdır. Odur ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verəsiniz. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(032)-53/2024 saylı qərardadı ilə ərizəçi X11 cavabdeh X12 ilə birgə nikahdan doğulmuş azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X18 ilə görüş vaxtı olaraq hər həftənin cümə axşamı, cümə və şənbə günləri saat 10:00dan 17:00-a qədər ünsiyyətdə olması barədə ərizəsi qismən təmin edilmiş, X11 uşağı – xx.xx.2018-ci il təvəllüdlü X18 ilə hər həftənin cümə axşamı, cümə və şənbə günləri günləri saat 10:00-dan 13:00-dək görüş vaxtı müəyyən edilmişdir. Məhkəmənin sözügedən qərardadı xx.xx.2024-ci il tarixədək qüvvədədir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(032)-53/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.1-ci maddələrinə əsasən icra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə xitam verilir. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-cü maddəsinə əsasən İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyəşikayət verə bilərlər. 20.6-ci maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Hazırki iş üzrə icra sənədi üzrə X2 icra şöbəsinə “Şirvan şəhər Məhkəməsinin 2(032)- 604/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X8 hər ay bir uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qərara alınmışdır. Göstərilən icra sənədi üzrə borclu X17 ona aliment borcunu qaytarmışdır. Odur ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verəsiniz” məzmunlu ərizəsi ilə müraciət etmiş, icra sənədini icra edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu Cavid Abbasov «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddəsinə istinad etməklə Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, 20 aprel 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 23 iyul 2024-cü il tarixli qərar qəbul etmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, X2nın ərizəsi əsaslı hesab edilməli və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra sənədi üzrə işin icraatına xitam verilməsi barədə qərar ləğv olunmalı və icra sənədi icra şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilsin. Şirvan şəhər məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-87/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-87/2024
18.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver