Məhkəmə qərarları › İş №8(032)-88/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-88/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-88/2025 06.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəil Elşən oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-2047/2017 saylı, 03 may 2025-ci il tarixli icra sənədi üzrə nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, tələbin həmin əmlaka yönəldilməsi və üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasoya şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-2047/2017 saylı, 03 may 2025-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 444,67 ABŞ dolları məbləğində əsas, 41,67 ABŞ dolları faiz borcu, ümumilikdə 503,05 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla pul tutularaq kreditor Tələbkar ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifov ərizə ilə məhkəməyə müraciət edərək Borclu məxsus ** RK *** dövlət qeydiyyat nişanlı “BMW 535” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, tələbin həmin əmlaka yönəldilməsi və üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Təqdimata görə Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-2047/2017 saylı, 03 may 2025-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 503,05 ABŞ dolları və 20 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir.Belə ki, borclu hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğini tam ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular edilmiş və onun adına ** RK *** dövlət qeydiyyat nişanlı “BMW 535” minik markalı nəqliyyat vasitəsinin qeydiyyata alındığı aşkar edilmişdir. Sonradan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin rəisi Rüstəmov İlkin oğlu ərizə ilə məhkəməyə müraciət edərək təqdimatın zərurət aradan qalxdığından baxılmamış saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan Tələbkar ASC-nin 08 may 2025-ci il tarixli RB18/02/534 nömrəli məktubunun surətindən görünür ki, Borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-2047/2017 saylı, 03 may 2025-ci il tarixli qətnamə üzrə banka olan borcu tam ödəmişdir, qətnamə üzrə borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. MPM-in 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə hesab edir ki, təqdimat vermiş şəxs təqdimatın geri qaytarılması barədə ərizə verdiyindən təqdimat baxışdan çıxarılaraq baxılmadan geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Şirvan şəhər Məhkəməsinin 2(032)-2047/2017 saylı, 03 may 2025-ci il tarixli icra sənədi üzrə nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, tələbin həmin əmlaka yönəldilməsi və üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasoya şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat baxışdan çıxarılaraq baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar