Məhkəmə qərarları › İş №8(032)-9/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-9/2024

09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-9/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şikayətçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə , Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından "xxxx" ASC-nin Şirvan filialının direktoru vəzifələrini icra edən Qasım Qasımov tərəfindən verilmiş şikayətə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC-nin Şirvan filialının direktoru vəzifələrini icra edən X15 şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2596/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2019-cu il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv olunması və icra sənədi üzrə icra tədbirlərinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2596/2017 saylı xx.xx.2017-ci il tarixli əmri ilə 4012.16 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada birgə borclular-X9 və X1 tutularaq xeyrinə ödənilməsi əmr edilmiş və əmr icra olunması üçün Şirvan şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə təqdim edilmiş məktubda qeyd edilən siyahı üzrə icra məmuru olmuş Dağlar Əzimov tərəfindən həmin icra sənədi üzrə icraata xx.xx.2019-c il tarixli qərarla xitam verilmişdir. Həmin qərar qanunla müəyyən olunmuş qaydada onlara təqdim edilməmiş və qərarı mübahisələndirmək imkanları olmamışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-2596/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun qərarı qanunsuz hesab edilməklə ləğv edilməli və iş üzrə icra tədbirləri davam etdirilməlidir. Belə ki, X9 və X2 Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-2596/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən aktiv borcu cari gün üçün 2004.49 (iki min dörd dollar,qırx doqquz sent) ABŞ dolları təşkil edir və həmin tarixdən bəri tam icra edilmir. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar 83 borclu barəsində olan icra sənədlərinin icrasına xitam verilməsi xahiş edilmişdir. İcra məmuru müvafiq dəqiqləşdirmə aparmadan səhvən X6 barəsində olan icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməyə əsas olan sənəd icra şöbəsinə təqdim edilərkən yuxarıda göstərilən natamamlıqlar icra məmuru tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında şikayət vermiş icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə şikayəti müdafiə etdi, izahat verərək bildirdi ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 2(032)-2596/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Belə ki, bank tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar 83 borclu barəsində olan icra sənədlərinin icrasına xitam verilməsi xahiş edilmişdir. İcra məmuru müvafiq dəqiqləşdirmə aparmadan səhvən X6 barəsində olan icra sənədi üzrə icraata xitam verilmişdir. Həmçinin nümayəndə bildirdi ki, bank tərəfindən göndərilən məktubun müəllifi "xxxx" ASC-nin əməkdaşı X10 tərəfindən çoxlu sayda sənədlərdə saxtakarlıqlara yol verilmiş və bu yolla bir çox borcluların banka olan borclarına xitam verilməsinə nail olmuşdur. Bu baxımdan o, icraata bankın nümayəndəsinin müraciəti əsasında xitam verilməsinə baxmayaraq bank tərəfindən təqdim olunan siyahıda yalnız X2 adının qeyd olunduğu və X10 tərəfindən yol verilən saxtakarlıqları nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X8 şikayəti əsassız hesab edərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 2596/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi icra olunması üçün İcra və Probasiya şöbəsinə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bankın səlahiyyətli nümayəndəsi X7 müraciəti əsasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Hazırki iş üzrə icra sənədi üzrə icraata xitam verilməsi haqqında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının surətinin tələbkar "xxxx" ASC-yə göndərilməsi təsdiq edən sübutların məhkəməyə təqdim olunması üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixdə sorğu verilmiş, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda hazırda icra məmuru Dağlar Əzimovun vəzifədən azad olunduğu, eləcə də Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsində hal-hazırda arxivçi işçisi olmadığı üçün sözügedən icra işini arxivdən tapmaq mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, hazırki iş üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının surətinin tələbkar "xxxx" ASC-yə təqdim olunması müəyyən olunmadığından (poçt göndərişinin verilməsi haqqında xəbərnamə aşkar olunmadığından) qanunvericilikdə nəzərdə tutulmuş şikayətvermə müddəti (10 gün) hazırkı iş üzrə nəzərə alınmamalı və müddətin axımı məhkəməyə şikayətin verildiyi vaxtdan hesablanmalıdır. Məhkəmədə Şirvan şəhər Məhkəməsinin 2(032)-2596/2017 saylı iş materiallarına baxış keçirilən zaman müəyyən olunur ki: "xxxx" ASC-i xx.xx.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək borclular X4 və X1 kreditor "xxxx" ASC-nin xeyrinə 2708.86 ABŞ dolları əsas və 1303.3 ABŞ dolları faiz borcunun, cəmi 4012.16 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-2596/2017 saylı xx.xx.2017-ci il tarixli əmri ilə borclu xx.xx.1985-ci il tarixdə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş, Şirvan şəhəri ünvan 1 ünvanında yaşayan X4 və xx.xx.1981-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, N.ünvan 2 ünvanında yaşayan X1 2708.86 ABŞ dolları əsas borcun,1303.3 ABŞ dolları faiz borcunun , cəmi 4012.16 ABŞ dolları manat hesabı ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu borcu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, tələbkar "xxxx" ASC-nin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təqdim etdiyi məktubuna əsasən icra sənədi tam icra olunduğundan icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC-nin adından səlahiyyətli nümayəndə kimi X10 tərəfindən etibarnamə əsasında imzalanan və möhürlənən xx.xx.2019-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, X6 barəsində olan xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. "xxxx" ASC-nin icra sənədinin yenidən icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, "xxxx" ASC-yə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verildiyi bildirilmiş, icra məmurunun qərarından qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququ izah edilmişdir. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən məktub xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə çatdırılmışdır. Məhkəmə tərəfindən sorğu əsasında əldə edilmiş "xxxx" ASC-nin X14 xx.xx.2020ci il tarixli 437 nömrəli əmrinin surətindən görünür ki, "xxxx" ASC-nin Şirvan filialı direktorunun İstehlak kreditləri üzrə müavini X7 xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə müvafiq olaraq öz xahişi ilə əmək müqaviləsinə xitam veriləsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 və X2 "xxxx" ASC-yə müvafiq hesab üzrə aktiv borcu 2004.49 (iki min dörd dollar, qırx doqquz sent) ABŞ dolları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Hazırkı iş üzrə tələbkar "xxxx" ASC-nin adından səlahiyyətli nümayəndə kimi X10 tərəfindən etibarnamə əsasında imzalanan və möhürlənən (icra sənədinin tam icra olunduğuna dair) xx.xx.2019-cu il tarixli məktubuna əsasən X6 barəsində olan xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli məktubla bank tərəfindən təqdim olunan siyahıda yalnız X2 adının qeyd olunması ilə bağlı qərarın ləğvi üçün gətirilən dəlilləri məhkəmə əsassız hesab edərək bildirir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2596/2017 saylı xx.xx.2017-ci il tarixli əmri ilə borclu X4 və X1 2708.86 ABŞ dolları əsas borcun, 1303.3 ABŞ dolları faiz borcunun, cəmi 4012.16 ABŞ dolları manat hesabı ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu borcu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Əmrin məzmunundan göründüyü kimi X9 əsas borclu, X6 zamin kimi müəyyən edilmiş və bank qaşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda "xxxx" ASC-nin icra sənədinin yenidən icraya yönəldilməsi barədə xx.xx.2021ci il tarixli məktubunda X5 adını qeyd etmiş, məktuba cavab olaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubunda "xxxx" ASC-yə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verildiyi bildirilsə də bank tərəfindən sözügedən qərardan şikayət verilməmiş, hərəkətsizlik göstərilmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə "xxxx" ASC-nin sabiq nümayəndəsi X10 tərəfindən yol verilən saxtakarlıqlara münasibətdə məhkəmə qeyd edir ki, sorğu əsasında əldə edilmiş "xxxx" ASC-nin X14 xx.xx.2020-ci il tarixli 437 nömrəli əmrinin surətinə əsasən "xxxx" ASC-nin Şirvan filialı direktorunun İstehlak kreditləri üzrə müavini X7 öz xahişi ilə əmək müqaviləsinə xitam verildiyi müəyyən edilmiş, onun barəsində intizam icraatının aparıldığını və ya əməllərinə cinayət hüquqi qiymətin verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə qeyd olunanlara əsasən, tələbkar "xxxx" ASC-nin adından səlahiyyətli nümayəndə kimi X10 tərəfindən etibarnamə əsasında imzalanan və möhürlənən (icra sənədinin tam icra olunduğuna dair) xx.xx.2019-cu il tarixli məktubuna əsasən X6 barəsində olan xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verildiyi, X9 və X2 bank qaşısında birgə borclu kimi çıxış etdiyi, "xxxx" ASC-nin icra sənədinin yenidən icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubunun məzmununu və buna baxmayaraq bankın icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan şikayət vermədən hərəkətsizlik göstərməsi, "xxxx" ASC-nin sabiq nümayəndəsi X10 tərəfindən saxtakarlıqlara yol verilməsinə dair iddiaların sübuta yetirilmədiyi (xx.xx.2020-ci il tarixli 437 nömrəli əmrinin surətinə əsasən onun öz xahişi ilə əmək müqaviləsinə xitam verildiyi, barəsində intizam icraatının aparıldığını və ya əməllərinə cinayət hüquqi qiymətin verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyi), həmçinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı barədə məlumatlandırılmış borcluların etimad hüququnun qorunması kimi halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən "xxxx" ASC-nin Şirvan filialının direktoru vəzifələrini icra edən Qasım Qasımov tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub, qərara aldı: Şikayətçi "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)- 2596/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2019-cu il tarixli qərarının ləğv olunması və icra sənədi üzrə icra tədbirlərinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar