Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-91/2024 10.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Salyan rayon Məhkəməsinin 2(057)-860/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Məmmədli tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Məmmədli təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan rayon Məhkəməsinin 2(057)-860/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli hər ayın son 10 günlüyündə ödənilməklə 2023-cü ilin avqust ayından hesablanmalıdır. Borclu 56 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədində göstərilən tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu alimenti tam ödəmədiyi üçün tələbkar X2 2385.82 manat aliment borcu mövcuddur. xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu borcunu ödəməyərək tələbkarın qanunla qorunan hüquqların pozulmasına səbəb olan şərait yaratmış və icra məmurunun tələblərini yerinə yetirməməklə müvafiq icra sənədinin icrasından yayınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi məhkəməyə ərizə ünvanlayaraq təqdimatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə tələbkar Əlizadə (İsmayıllı) X3 şəhəri üzrə İcra və probasiya şöbəsinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, icra sənədi üzrə Borclu aliment borcunu tam ödəyib, bununla bağlı heç bir şikayət və narazılığı yoxdur. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra şöbəsinin ərizəsini araşdırıb hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı baxılmamış saxlanılsın, təqdimat və ona əlavə edilmiş sənədlər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-91/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-91/2024
10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver