Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-92/2025 07.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, X1 Şirvan şəhər Məhkəməsinin 3(032)-248/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının icrası ilə bağlı verilmiş icra vərəqəsinin ayda 200 manat olmaqla hissə-hissə icra olunması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: X1 Şirvan şəhər Məhkəməsinin 3(032)-248/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının icrası ilə bağlı verilmiş icra vərəqəsinin ayda 200 manat olmaqla hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 3(032)-248/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-1ci maddəsi ilə təqsirli bilinib, 1200 manat məbləğində cərimə edilmişdir. Həmin 1200 manat məbləğinin ödənilməsində çətinlik çəkir. Övladları ilə birlikdə mübahisəli fərdi evdə yaşamaqla 2020-ci il tarixdə X5 ilə birlikdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Hazırda övladladları ilə xoşbəxt olmaqla birlikdə yaşayırlar. Həmçinin, şəxsi və ailə problemlərindən ödənişləri etməkdə çətinlik çəkir. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, ərizə qəbul edilməkdən imtina edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan Şəhər Məhkəməsinin 2(032)-166/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X2 qarşı nikahın pozulması, uşağın atanın yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)-248/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, 1200 manat məbləğində cərimə edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-248/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)- 248/2025 saylı icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Ərizəçi iddiasını Azərbaycan Respublikası MPM-nin 231-ci maddəs ilə əsaslandırmış və təyin olunmuş cərimənin hissə-hissə ödənilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İş materiallarından da görünür ki, şəxs çıxarılmış qətnamədən deyil, barəsində tətbiq edilmiş inzibati tənbeh olan cərimənin icrasının hissə-hissə ödənilməsini xahiş etmişdir ki, mülki prosessual qanunvericilikdə ərizədə göstərilmiş əsaslandırma öz əksini tapmamışdır. Məhkəmə hüquqi müəyyənlik prinsipindən çıxış edərək qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Lakin ərizəçi müraciətində qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi deyil, hissə-hissə icra olunması barədə ərizə vermişdir. Beləliklə ərizəçinin istər mülki prosessual qanunvericiliyin, istərsə də inzibati qanunvericiliyin müddəaları ilə müraciətinə məhkəmə qaydasında baxılması qanunvericiliyin tələblərinin imkanı xaricindədir. AzərbaycanRespublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsin rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Şirvan şəhər Məhkəməsinin 3(032)-248/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının icrası ilə bağlı verilmiş icra vərəqəsinin ayda 200 manat olmaqlahissə-hissə icra olunması barədə ərizəsi qəbul edilməkdən imtina edilsin. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №8(032)-92/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-92/2025
07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver