Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-93/2023 07.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Hacıqabul rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2-(071)-141/2022 saylı icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, borclu - xx.xx.1984-cü il təvəllüdlü, Şirvan şəhəri, 1 may küçəsi ev 43, mənzil 8 nömrəli mənzilinində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022 il tarixli qərarla icraata başlanmış Hacıqabul rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2-(071)-141/2022 saylı icra sənədinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlayaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu borcunu ödəməyərək tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə müvafiq qətnamənin icradan yayınmışdır. Belə ki, iş üzrə Borclu icra sənədi üzrə hazırda 4025 (dörd min iyirmi beş) manat məbləğində aliment borcu mövcuddur, onun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana bilər, bu da öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edərək bildirdi ki, iş üzrə Borclu borcu ödəmədiyi üçün Tələbkar hazırda 4025 manat aliment borcu vardır. Borclu İcra və Probasiya şöbəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatdan da görünür ki, onun xaricə gediş-gəlişi olmuşdur və bu baxımdan təqdimatın təmin edilməsini xahiş etdi. İcra işi üzrə tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hacıqabul rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(071)-141/2022 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 24 may 2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 24 may 2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə təklif edilmişdir. 23 noyabr 2023-cü il tarixli şəxsin kartoçkasından görünür ki, tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Borclu 07 noyabr 2023-cü il tarixdə verdiyi izahatında bildirmişdir ki, borcu tam şəkildə ödəməyə imkanı yoxdur, lakin ödəməkdən boyun qaçırmır. Heç bir yerdə işləmədiyindən maddi vəziyyəti pisdir. Borcu aprel ayına qədər tam şəkildə ödəyəcəyini, xx.xx.2024-cü il tarixədək qədər güzəştli vaxt istədiyini və xx.xx.2023-cü il tarixədək 500 (beş yüz) manat ödəyəcəyinə söz verdiyini bildirmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və Tələbkar icra sənədi üzrə hər hansı ödəniş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Hacıqabul rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(071)-141/2022 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən, Tələbkar icra sənədi üzrə hər hansı ödənişlər edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2-(071)-141/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx xxxxxx 1984-cü ildə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-93/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-93/2023
07.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver