Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-94/2023 14.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-349/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-349/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı X4 cavabdeh X13 ilə Sabirabad rayonu R.İ.H.B-ın Güdəcühür K.İ.Ə.D-sı üzrə nümayəndəliyində 16 avqust 2012-ci ildə 31 № ilə qeyd edilmiş nikahı pozulması, birgə nikahdan xx.xx.2012-ci ildə anadan olmuş X5 və xx.xx.2015-ci ildə anadan olmuş X6 iddiaçı X4 yanında qalması müəyyən edilməsi, cavabdeh X7 28 yanvar 2021-ci il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş X5 və xx.xx.2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. X2 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-349/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)349/2021 saylı qətnaməsi ilə iddiaçı Tələbkar övladları X9 və X6 yetkinlik yaşlarına çatanadək saxlanmalı üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulmasına dair X11 qarşı olan iddia tələbi təmin edilmişdir. Lakin hələ də qeyd olunan məhkəmə qətnaməsi ona təqdim edilməmişdir. Məlumat üçün bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 3000, xx.xx.2023-cü il tarixdə 40, xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla tərəfindən Tələbkar 3540 manat məbləğində aliment borcu ödənilmişdir. O, hal-hazırda heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Maddi cəhətdən çətinlik çəkir. Övladlarının saxlanılması üçün qərəzli olaraq alimenti ödəməkdən imtina etmir. O, hələ də bilmir ki, aliment borcu nə qədərdir. Tələbkar xx.xx.2023-cü il tarixli Notariat Kontorunda təsdiqlənmiş **********987 nömrəli elektron ərizəsində (həmin tarixdə) qeyd olunan 3000 manat aliment pulunun ona tam şəkildə ödənildiyi qeyd edilmişdir. Buna əsasən onun şifahi hesablarına görə 2023-cü ilin fevral ayından bu ilin son ayı daxil olmaqla tələbkara təqribən 1640 manat məbləğində aliment borcu qalmışdır. Ərizə məhkəməyə müraciət etməyinin səbəbi olaraq qeyd etmişdir ki, 2024-cü ilin yanvar ayından hər ay ödəməli olduğu 200 manat aliment ödənişlərinə əlavə olaraq, köhnədən qalmış aliment borclarının hər ay 100 manat əlavə edilməklə, tələbkarla aralarında yaranmış və ya yarana biləcək narazılıqların aradan qaldırılması təmin edilmiş olsun. xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb. Sağ ayağının topuq nahiyyəsi sınığı ilə müalicə alır və müəyyən müddətdən sonra təkrar cərrahiyə əməliyyatı olmalıdır. Tələbkar ilə nikahları pozulduqdan sonra, ona övladları ilə görüşməyə imkan vermir. Onun övladlarının ataları bilib aliment tələb etməyinə baxmayaraq, övladları ilə ünsiyyətdə olmağına imkan vermir. Ərizəsinin təmin edilməsini, əvvəldən qalan aliment barclarının hesablanaraq, hər ay ödəməli olduğu 200 manat aliment puluna 100 manat köhnə aliment borclarının əlavə edərək hissə-hissə ödənilməsinin təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tələbkar X12 bildirdi ki, Şirvan şəhər Məhkəmisin qətnaməsinə əsasən hər uşağa 100 manat olmaqla, 200 manat aliment kəsilmişdir. Cavabdeh aliment pulunu ödəməmişdir. Cavabdehin 6800 manat aliment borcu yaranmışdır. 27 yanvar 2023cü ildə 3000 manat həmin borcdan ödəmiş, 3800 manat borcu qalmışdır. Qalan borcdan heç bir ödəniş etməmişdir. Uşağının biri xəstədir, gözündə problem var, müalicəyə görə həkimə aparmalıdır, lakin X13 uşaqları ilə maraqlanmır, maddi cəhətdən köməklik göstərmir. Həmin qalan borcun hissə-hissə ödənilməsinə razı deyil. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)- 349/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı X12 ilə cavabdeh X13 arasında Sabirabad rayonu R.İ.H.B-ın Güdəcühür K.İ.Ə.D-sı üzrə nümayəndəliyində 16 avqust 2012-ci ildə 31 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2012-ci ildə anadan olmuş X5 və xx.xx.2015-ci ildə anadan olmuş X6 iddiaçı X4 yanında qalması müəyyən edilməsi, cavabdeh X7 28 yanvar 2021-ci il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş X5 və xx.xx.2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, X3 iç topuğun və incik sümüyünün distal 1/3-nin yerdəyişmiş köhnəlmiş sınığı diaqnozu qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, borcludan tutulacaq olan pul məbləği məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün tutulan aliment məbləğidir. Həmin aliment isə uşaqların saxlanılması üçün nəzərdə tutulmuşdur. Həmçinin aliment özlüyündə vaxtaşırı icra edilən öhdəlikdir. Hazırki ərizənin təmin edilməsi isə vaxtaşırı icra edilməli olan öhdəliyin yeni müddətin müəyyən edilməsi ilə nəticələnmiş olur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-349/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-94/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-94/2023
14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver