Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-94/2024 22.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi , Borclu iştirakı ilə, Borclu məxsus “Vaz-21074” markalı 24 Be 559 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulması, tələbin həmin əmlakın üzərinə yönəldilməsi və üzərinə həsb qoyulmuş nəqliyyat vasitəsinin cərimə duracağında saxlanılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifovun təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus “Vaz-21074” markalı 24 Be 559 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması və tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)- 639/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclular Borclu və X3 müştərək qaydada 7313.1 manat məbləğində pul alınaraq Tələbkar ASC-yə ödənilməlidir. Belə ki, borclular hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğini tam ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədilə aidiyyatı qurumlara sorğular edilmiş və onun adına **- BE-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı nəqliyyat vasitəsi qeydiyyata alındığı aşkar edilmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, hazırki iş üzrə əsas borclu oğludur, o isə zamindir. Onun özünün başqa banka borcu vardır, aylıq onun ödənişini edir. Borc məbləği onun əmək haqqına yönəlməmişdir. Təqdimatın təmin edilməməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru və tələbkar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə borclunun izahatını dinləyərək, təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-639/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu və X3 xx.xx.2022-ci il tarixli, CC/54546/86/26 saylı kredit müqaviləsi üzrə yaranmış 6575,30 manat əsas borc, 428,84 manat faiz borcunun, 215,96 cərimə borcu olmaqla, cəmi 7220,10 manat , (yeddli min iki yüz iyirmi manat on qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93 (doxsan üç) manat pul birgə qaydada tutularaq Tələbkar ASC-yə ödənilməlidir. xx.xx.2024-cü il tarixli, e2540209/2024-10-16 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Tələbin könüllü icrası haqqında bildiriş “Borclu” tərəfindən qəbul edilmişdir. Borclu xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-639/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan və X2ndan müştərək qaydada cəmi 7313.10 manat məbləğində pul alınaraq Tələbkar ASC-yə verilməlidir. Sözü gedən icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixdə o, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə gəlmiş, icra məmuru ona hüquq və vəzifələrini izah etmiş, yaranmış borcun ödənilməsini ondan tələb etmişdir. Borcun ödənilməsindən boyun qaçırtmır. Hazırda ailənin yeganə gəlir yeri onun əmək haqqıdır. X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Milli ordu) maxe əsgər vəzifəsinə xidmətə cəlb olunub hazırda təlimə cəlb edilib. 2024-cü ilin oktyabr ayında xidmətə başlayıb və aylıq xidmət haqqı alacaq. Bu səbəbdən ona və oğluna oktyabr ayınadək möhlət verilməsini xahiş etmişdir. Həmçinin, borc məbləği yüksək olduğu üçün onu ödəmək imkanı yoxdur. Yalnız 2024-cü ilin oktyabr ayından başlayaraq hər ay 300-350 manat ödənişlər etməklə borcu hissə-hissə ödəməyə imkanı var. Elektron icra portalından görünür ki, Borclu mülkiyyətində “Vaz 21074 minik” markalı dövlət qeydiyyat nişanlı avtomobil vardır. Elektron məhkəmə portalından görünür ki, Borclu “İri şəhərlərin Birləşmiş Su təchizatı xidməti X6” operator, təmizləyici qurğular vəzifəsində işləməklə 495 manat əmək haqqı alır . “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Məhkəmə təqdimatı tədqiq edərək hesab edir ki, icra məmuru “İcra haqqında” Qanunun 45-ci maddəsində qeyd olunmuş tələblərə əməl etməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən icra işinin məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq icra məmuru tərəfindən icra işi , eyni zamanda borclunun qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri və sair əmlakının axtarışına dair tədbirlərin görülməsinə dair sübutlar, həmçinin borclunun digər icra işi ilə əlaqədar tələbin təmin edilməsi üçün borclunun əmək haqqına yönəldilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması və tələbin həmin əmlaka yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması və tələbin həmin əmlaka yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-94/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-94/2024
22.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver