Məhkəmə qərarları › İş №8(032)-96/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-96/2023

22.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-96/2023 22.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 , Borclu , Tələbkar iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-499/2023 saylı icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, borclu - xx.xx.1965-ci ildə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-499/2023 saylı icra sənədinə əsasən Borclu 14 mart 2023-cü il tarixdən başlayaraq hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu hazırda 1800 manat aliment borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişin borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq , hazırki vaxta qədər Borclu aliment borcunu tam ödəməyərək tələbkarın qanunla qorunan hüquqların pozulmasına səbəb olan şərait yaratmış və icra məmurunun tələblərini yerinə yetirməməklə müvafiq icra sənədinin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X7 təqdimatı müdafiə edərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(032)-499/2023 saylı icra sənədinə əsasən Borclu 14 mart 2023-cü il tarixdən başlayaraq hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq borclunun əmlak vəziyyəti yoxlanılmış , lakin Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir. O öz izahatlarında bildirmişdir ki, aliment borcunu hissə-hissə ödəyəcəkdir, lakin onun tərəfindən ödəniş edilməmişdir. Bu günədək tələbkarın verdiyi məlumatlara əsasən cəmi 300 manat ödəniş edilmişdir. Borclu hazırda 1800 manat aliment borcu yaranmışdır. İcra məmuru X7 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, onun mart ayından aliment tutulması barədə ərizə verilməsi haqqında məlumatı olmamışdır. Məhkəmə qətnaməsi qəbul edərkən onun iştirakı təmin edilməmişdir. Hazırda keçmiş həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığından və evin ərzağını özü aldığına görə o borcdan ödəniş etməmişdir. Bu ay üçün evə 90 manat məbləğində ərzaq almış, borcdan isə əlavə 120 manat ödəmişdir. Hazırda onun gəliri borcu tam şəkildə ödəməyə imkan vermir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək bildirdi ki, borclu aliment ödəmir, karta vaxtı-vaxtında aliment pulunu köçürmür ki, o uşaqları saxlasın. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-499/2023 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından anadan olmuş 23 dekabr 2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçı Tələbkar himayəsində saxlanılsın. 23 dekabr 2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 14 mart 2023-cü il tarixdən (məhkəməyə müraciət etdiyi) hesablanmaqla xx.xx.1965-ci ildə ünvan 2 ünvanında yaşayan cavabdeh X1 hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilsin. Qətnamə qəbul edildikdən sonra aliment hissəsində dərhal icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə təklif edilmişdir. İcra işinə əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 40 manat və xx.xx.2023-cü il tarixdə 30 manat ödəniş edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və Tələbkar icra sənədi üzrə yalnız dekabr ayında ümumilikdə 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-499/2023 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-499/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1965-ci ildə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar