Məhkəmə qərarları › İş №8(032)-96/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-96/2024

29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-96/2024 29.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Tələbkar ASC-nin nümayəndəsi X3, X1 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2(032)-2185/2016 saylı icra vərəqəsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2(032)-2185/2016 saylı icra sənədinin hissə-hissə icra olunaraq hər ay tələbkara cəmi 100 manat məbləğində ödəniş etməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2016cı il tarixli 2(032)-2185/2016 saylı qənaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2(032)-2185/2016 saylı qətnaməsi icraya yönəlmişdir. Hal-hazırda onun banka 4500 manat borcu vardır. O həmin məbləği ödəməkdən imtina etmir. Lakin həmin məbləği hissə-hissə ödəməyə imkanı çatır. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, o, məhkəmənin icra sənədi üzrə zamindir və borclu borc məbləğini ödəməkdən qərəzli surətdə yayınmır və maddi imkanı çatdığı qədər də banka ödəniş edəcəkdir. Ona məxsus olan nəqliyyat vasitəsi duracağa yerləşdirilib və avtomobili yarasız hala düşəcəkdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu X13 izahat verərək bildirdi ki, borcun ödənilməsindən imtina etmir, lakin borcun hissə-hissə ödəyə bilər. Borcun ödənilməsini təmin etmək üçün iş üzrə zamin X8 məxsus avtomobilin üzərinə həbs qoyulmuş, avtomobil Şirvan şəhər üzrə İcra və probasiya şöbəsinin duracağında saxlanılır, avtomobilin duracaqda qalması onun yarasız hala düşməsinə və dəyərindən də aşağı qiymətə satılmasına səbəb olacaqdır. Odur ki, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, hazırda onlar borcun tam şəkildə qaytarılmasını tələb edirlər. Borcun hissə-hissə icrası borcun uzun müddət ödənilməməsinə səbəb olacaqdır. Ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə iclasında Şirvan şəhər üzrə İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2(032)- 2185/2016 saylı icra vərəqəsi ilə əlaqədar 4027/2016 saylı icra işinə əlavə edilmiş sənədlərə baxış keçirilmişdir. 4027/2016 saylı icra işinə əlavə edilmiş: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-2185/2016 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilərək Tələbkar ASC-nin X13 ilə bağlanmış 18 dekabr 2015-ci il tarixli 15021-1/106521 saylı kredit müqaviləsinin ləğv edilməsi, X10, X4, X5 və X11 müştərək qaydada 7811 manat 19 qəpik məbləğində əsas borc, 502 manat 52 qəpik məbləğində kreditdən istifadəyə görə faiz borcu, 335 manat 55 qəpik məbləğində penya, cəmi 8649 manat 26 qəpik məbləğində pul alınaraq iddiaçı Tələbkar ASC-yə verilməsi, X10, X4, X5 və X11 müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq Tələbkar ASC-yə verilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər üzrə İcra şöbəsinin icra məmuru Cavid Abbasov tərəfindən iş üzrə icraata başlanılması qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(032)-05/2018 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, X2na məxsus “Opel Astra” markalı ** BX *** dövlət qeydiyyat nişanlı və “Nissan X-trail” minik markalı** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq məcburi icra tədbirlərinin tətbiq edilməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(032)-72/2018 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək icra sənədi üzrə X2na məxsus “Opel Astra” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmaqla tələbin həmin əmlaka yönəldilməsi, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(032)-05/2018 saylı qərardadı ilə icra sənədi üzrə X2na məxsus “Nissan X-trail” minik markalı** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(032)-72/2018 saylı qərardadının surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-72/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadından icra sənədi üzrə Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-72/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmiş, icra sənədi üzrə X2na məxsus “Opel Astra” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla xx.xx.2016-cı il tarixli 2(032)-2185/2016 saylı icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(032)-159/2019 saylı qərardadının surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-2185/2016 saylı icra sənədi üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(032)-05/2018 saylı qərardadına əsasən X2na məxsus “Opel Astra” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə X1 ərizəsi təmin edilməmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(032)-127/2021 saylı qərardadının surətindən görünür ki, ərizə təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(032)-05/2018 saylı qərardadı ilə icra sənədi üzrə X2na məxsus “Opel Astra” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(032)-72/2018 saylı qərardadına əsasən X8 məxsus “Opel Astra” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və ilkin qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici - mütəxəssisin dəvət edilməsi və əmlaka baxış keçirilməsi qərara alınmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 622/10-11 saylı məktubundan görünür ki, qiymətləndirici - mütəxəssis tərəfindən X8 məxsus olan üzərinə həbs qoyulmuş “Opel Astra” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 5000 (beş min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2(032)-2185/2016 saylı icra vərəqəsi ilə X2 tərəfindən ödənilməli olan 3152 manat məbləğində pulun hər ay 100 (yüz) manat olmaqla hissə-hissə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Məhkəmə borclunun işsiz olması barədə dəlillərini, borclu tərəfindən ödənilməli olan məbləğ kifayət qədər yüksək olduğundan və qətnamənin ərizədə göstərilən qaydada hissə-hissə icra edilməsi qətnamənin uzun müddətdə icra edilməsi ilə nəticələnərək tələbkarın hüquqlarını əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə alınmalı olmasını nəzərə alaraq qətnamənin hissə-hissə icrası barədə ərizənin təmin edilməsi üçün əsaslı saymır. MPM-in 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2(032)-2185/2016 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar