Məhkəmə qərarları › İş №8(032)-96/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-96/2025

21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-96/2025 21.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Borclu , Tələbkar X1 iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə təqdimatına Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 38/2024 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-38/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə Borclu xx.xx.2023-cü it tarixdən hesablanmaqla 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra tədbirləri nəticəsində məlum olmuşdur ki, Borclu xx.xx.2025-ci il tarixinə olan aliment üzrə borcu 1700 manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında təqdimat vermiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-38/2024 saylı icra sənədi üzrə ödəniş etmiş, lakin ödənişlərinin müəyyən qədəri icra sənədi üzrə borcdan silinməmişdir. Hazırda "LV Caspian Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialında yük avtomobili sürücüsü işləyir. Onun ölkədən getmək hüququ məhdudlaşdırılarsa işdən çıxarılacaqdır. O, icra sənədi üzrə borcdan bundan sonra da ödənişlər edəcəyəni bildirərək təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X2 izahat verərək bildirdi ki, Borclu hal-hazırda işlədiyindən və qazanc əldə etdiyindən hesab edir ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması işdən çıxmasına səbəb olacaq və alimentin ödənilməsini mümkünsüz edəcəkdir. Odur ki, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şirvan Şəhər Məhkəməsinin 2(032)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından olan 12 avqust 2013-cü il təvəllüdlü X4, 08 mart 2016-cı təvəllüdlü X5 və 14 sentyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Borclu iddiaçı Tələbkar xeyrinə hər ay, hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 380 manat sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Elektron icra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu "LV Caspian Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialında yük avtomobili sürücüsü işləməklə 1126 manat 86 qəpik məbləğində əmək haqqı alır. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Borclu LV Caspian Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialında yük avtomobili sürücüsü işləməklə qazanc əldə edir, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması işdən çıxarılmasına səbəb olacaq və bu hal gələcəkdə icra sənədinin icrasını mümkünsüz edəcəkdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun sabit əmək haqqı almaqla işlədiyini, tələbin borclunun əmək haqqına yönəldilməsi kimi məcburi icra tədbirinin tətbiq olunmaqla hazırkı icra sənədi icrasının mümkünlüyü və borclu tərəfindən üzrsüz səbəbdən icra sənəsinin icra edilməməsi üçün hər hansı digər halın olmadığı, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun işdən çıxarılmasına səbəb olacağı və bu halın gələcəkdə icra sənədinin icrasını mümkünsüz edəcəyini nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub məhkəmə qəraraaldı: Borclu xx.xx.1988-ci ildə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə təqdimatı təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar