Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-97/2023 22.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Borclu iştirakı ilə, Şirvan şəhəri üzrə İcra və X1 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)- 392/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Şöbəsinin Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-392/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)-392/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədində göstərilən tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu hazırda 4 aylıq (600) manat aliment borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişin borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu aliment borcunu tam ödəməyərək tələbkarın qanunla qorunan hüquqların pozulmasına səbəb olan şərait yaratmış və icra məmurunun tələblərini yerinə yetirməməklə müvafiq icra sənədinin icrasından yayınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)- 392/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında iştirak edərək Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına qarşı etirazının olmadığını, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, məhkəmə iclasını Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirməsi mümkündür. Məhkəmə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdim etdiyi sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki,icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmiş, Borclu tələblərin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq icra sənədini tam icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-392/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Yuxarda göstərilənlərə və "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-392/2023 nömrəli icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-97/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-97/2023
22.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver