Məhkəmə qərarları › İş №8(032)-98/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-98/2024

07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-98/2024 07.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının 14 iyun 2023-cü il tarixli MN ******* saylı icra sənədi üzrə Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi haqqında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X10 təqdimatla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının 14 iyun 2023-cü il tarixli MN ******* saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus “torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan- Salyan regional filialının xx.xx.2023-cü il tarixli, ******* saylı icra sənədinə əsasən Borclu 2000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Belə ki, borclu hal-hazırki vaxta qədər icra sənədində göstərilən tələbləri yerinə yetirməmiş və borc məbləğini tam ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədilə elektron məlumat portalına sorğular verilmiş və məlum olmuşdur ki, Borclu məxsus ünvan 1 ünvanında olan ********** qeydiyyat nömrəli torpaq sahəsinin mövcud olduğu məlum olmuşdur. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, üzərinə həbs qoyulması tələb edilən torpaq sahəsi onun yeganə yaşayış yeridir, onun həmin torpaq sahəsindən başqa yaşamağa yeri yoxdur. Qeyd edilənləri nəzərə alaraq təqdimatın təmin edilməməsini xahiş etdi . Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X10 ilə təqdimatı müdafiə etdi, təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkarın nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə icra məmurunun, borclunun izahatlarını dinləyərək, təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, müəssisənin sabiq işçiləri Vəliyev Ramil və digərlərinin əmək müqaviləsinə xitam verilərkən qanunun tələbi pozulmuş , işçilərə son-haqq hesab düzgün hesablanmamış və ödənilməmişdir. Nəticədə Borclu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4,192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 (iki min) manat məbləğində cərimə şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional şöbəsinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X6, X14, X7, X15, X8 və X11 tərəfindən daxil olmuş şikayət ərizəsinə baxılan zaman Şirvan Kommunal Kombinatı Müəssisəsinin direktoru, Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi ev 153, mənzil 14-də yaşayan Borclu barəsində 14 iyun 2023-cü il tarixli MN ******* nömrəli cərimə sanksiyası tətbiq olunması ilə bağlı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Tətbiq edilmiş 2000 manat cərimədən bu günə kimi heç bir ödəniş olmamışdır. Verilmiş qərar vaxtında icra edilmədiyindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.5-ci maddəsinə əsasən X13 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunmuş Qərar icra sənədi hesab edildiyi üçün icra məqsədilə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır . xx.xx.2023-cü il tarixli, 211105/2023-10-24-004 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Tələbin könüllü icrası haqqında bildiriş “Borclu” tərəfindən qəbul edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2024-cü il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin olunması məqsədi ilə ünvan 3 ünvanında yerləşən ********** qeydiyyat nömrəli torpaq sahəsinin və ünvan 4 ünvanında yerləşən ********** qeydiyyat nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulması və qərarın icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli , 3-21-3-38/2- 2863/2024 saylı məktubundan görünür ki , Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərarına əsasən, Borclu mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və ünvan 7 ünvanda yerləşən 0.0550 ha torpaq sahəsi üzərinə ********** qeydiyyat nömrəsi ilə həbs qoyulmuşdur. Qərarda göstərilən ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Şirvan şəhəri 1 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli 4-Ə-182 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1. X3 həmin torpaq sahəsi və üzərində inşa etdirdiyi fərdi yaşayış evinə dair hüquqları vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır. Odur ki, ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəs halhazırda özgəninkiləşdirildiyindən və sözügedən vətəndaşın (Borclu) mülkiyyətində olmadığından üzərində həbsin saxlanıb-saxlanmaması barədə məluma verilməsi xahiş olunmuşdur. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X21 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli , 6075 saylı arayışdan müəyyən olunur ki, Borclu ünvan 9 ünvanında qeydiyyatsız yaşayır. Abonentin saldosu sənədindən görünür ki, Borclu ünvan 10 ünvanına quraşdırılmış ZENNER G-4T mexaniki tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2023cü il-2024-cü illər üzrə qazın sərfiyyatı hesablanmışdır . Abonent kartından görünür ki, Borclu ünvan 11 ünvanına quraşdırılmış 2016-2024cü illər üzrə suyun sərfiyyatı hesablanmışdır . Elektron icra portalından görünür ki, Borclu mülkiyyətində qeydiyyat nömrəsi ********** , reyestr nömrəsi **********79 və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********15 olan torpaq sahəsi vardır. xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X9 şəhəri, Mübariz İbrahimov küçəsi 6 B (Yeni qaydalarla AZ 1803, ünvan 12 ünvanında yerləşən bələdiyyə mülkiyyətində olan ,ümumi sahəsi 0,055 ha torpaq sahəsinin tam mülkiyyət üzrə on (lar) a məxsus hissəsindən alıcı Borclu 1000 (bir min) manat qiymətinə satmışdır. İcra məmurunun təqdimatında Borclu məxsus torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmçinin, təqdimata əlavə edilmiş elektron icra portalından çıxarışdan görünür ki, həqiqətən borcluya məxsus torpaq sahəsi və bu torpaq sahəsi borclunun adına dövlət qeydiyyatına alınmışdır. Lakin məhkəmə hesab edir ki, borclunun mülkiyyətində hər hansı torpaq sahəsinin olmasının müəyyən edilməsi təkbaşına həmin əmlak üzərinə həbs qoyulması üçün kifayət etmir . Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 43.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi, icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı qanunvericiliklə müəyyənləşdirilmiş, borclu və onun ailəsinin birgə yaşadığı mənzil, ev və ya onun ayrı-ayrı hissələrinə, həmçinin onların altında olan həyətyanı torpağa tələbin yönəldəlməsinə yol verilməmişdir. Xüsusən nəzərə alınmalıdır ki, məhkəmə iclasında iştirak edən borclu yeganə yaşayış yerinin bu torpaq sahəsində yerləşən ev olduğunu bildirmişdir , eyni zamanda təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli , 3-21-3-38/2-2863/2024 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Şirvan şəhəri 1 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli 4-Ə-182 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1 . Beləliklə, qeyd edilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, ünvan 13 ünvanında olan torpaq sahəsi Borclu yeganə yaşayış yeri olduğundan və onun yaşayışını təmin edəcək başqa yaşayış sahəsi olmadığından Borclu məxsus ünvan 13 ünvanında olan ********** qeydiyyat nömrəli torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə icra məmurunun təqdimatı təmin edilməməlidir . Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli, ******* saylı icra sənədi üzrə Borclu məxsus ünvan 13 ünvanında olan ********** qeydiyyat nömrəli torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi haqqında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatı təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar