Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-1/2023 10.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(033)-29/2021 nömrəli icra sənədinin icrası ilə bağlı icra işinin icraatının dayandırılması barədə X2nun ərizəsini nəzərdən keçirib müəyyən etdim: Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(033)-29/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X4 iddiaçı X3 mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulmalı, cavabdeh X1 rayonu, Göyəm kəndində yerləşən iddiaçı X5 mülkiyyətində olan 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(033)-29/2021 nömrəli icra vərəqəsi icra olunması üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsinin 01 dekabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. X2 ərizə ilə məhkəməyə müraciət edərək 16 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən 10 yanvar 2023-cü il tarixə saat 15:00-a təyin edilmiş icra işinin icrasının X9 iddia tələbi üzrə məhkəmə qətnaməsi qəbul edilib qanuni qüvvəyə minənə qədər dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi rəhbər tutularaq iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin qanunun 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Həmin qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş qanunun mənasından görünür ki, icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması yalnız icra məmurunun səlahiyyətindədir. MPM-in 231-ci maddəsinə əsasən məhkəmə yalnız qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması barədə ərizələrə baxa bilər. Hazırki icra sənədi isə qanunsuz tikilinin sökülməsi və yaşayış evindən çıxarma ilə bağlıdır. Bu səbəbdən X2 icra hərəkətlərinin dayandırılması barədə məhkəməyə deyil, icra şöbəsinə müraciət etməli, onun verdiyi qərarla razılaşmadığı halda məhkəməyə müraciət etməli idi. Qeyd olunanlara əsasən də, məhkəmə hesab edir ki, X2nun ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər ona rəsmi qaydada verilməli, X2na göstərilənlərə əməl etməklə ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə müraciət edə bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində müəyyən edilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(033)-29/2021 nömrəli icra sənədinin icrası ilə bağlı icra işinin icraatının dayandırılması barədə X2nun ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-1/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-1/2023
10.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver